Əbu Bəsir İmam Baqirdən (ə) nə üçün korlüğünün geri qayıtması dilədi?


Əbu Bəsir (ki, kor idi) deyir: İmam Baqirin (ə) ziyarətinə nail oldum. Dedim: Sizlər Allah Rəsulunun varislərisiniz! (yəni hər nə Peyğəmbər edərdi sizdə edə bilərsiniz?!)
Buyurdu: Bəli.
Dedim: İslam Peyğəmbəri (s) bütün Peyğəmbərlərin (ə) varisidir, yəni hər nə onlar edirdilərsə bizim peyğəmbər də ona qadir idi?
İmam buyurdu: Bəli.
Dedim: Siz də peyğəmbərlər kimi insan dirildə, lalı dilə gətirə və eləcə də koru görən edə bilərsiniz?
Buyurdu: Bəli Allahın icazəsi ilə. (məlum oldu ki, Əbu Bəsirin bu sualından məqsədi öz korluğuna şəfa almaq idi).
Həzrət Muhəmməd Baqir (ə) buyurdu: Əba Bəsir yaxın gəl. Əbi Bəsir deyir: Elə ki yanına yaxınlaşdım mübarək əlini üzümə çəkdi, gözlərim nurlaşdı və günəşi, yeri və evləri görməyə başladım.
Sonra həzrət buyurdu: İstəyirsən ki, gözlərin görsün amma başqa müsəlmanlar kimi qiyamətdə sual olunasan yoxsa elə gözlərinin vəziyyəti keçmişə qayıtsın amma qiyamətdə hesab kitabsız behiştə daxil olasan?!
Əbu Bəsir İmamın cavabında dedi: İstəyirəm öncəki vəziyyətimə qayıdım çünki Allahın hesab kitabına gücüm yoxdur. Əlini üzümə çəkdi gözlərim əvvəlki kimi görməməzlik vəziyyətinə qayıtdı.
Bu tarixi dastanda ibarət alanlar üçün böyük bir dərs var: Yəni İlahi mərhəmətlər bəzi çətinliklərə dözməklə əldə olunur.
Mənbə: Bihar əl-Ənvar hədis kitabı, cild-46, səh: 237, Usul Kafi. cild-1, səh: 470.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter