İmam Baqirin (ə) həyatına bir baxış.


İmam Muhəmməd Baqir (ə) Beşinci ilahi Rəhbərdir. İmam Səccadın (ə) övladları arasında elm, dindarlıqda və xoş rəftarlıqda onu həddə uca kamalata çatmış şəxs müsəlmanlar arasında görsənmədi.

Beşinci İmam (ə) Mədinə şəhərində, hicri tarixi ilə 57 cil ildə Rəcəb ayının birində dünyaya göz açdı. Atası İmam Səccad (ə) anası isə Fatimə İmam Həsən qızı (ə) idi. Valideyinlərinin hər ikisi Fatimə övladı idi. Həzrətin şəhadəti isə Zilhiccə ayının yeddisi 114 hicri tarixində, ömrü isə 57 il olmuşdu. Dəfn yeri: Mədinənin Bəqi qəbristanlığı. İmamı zəhərləyən şəxs İbrahim ibn Vəlid oldu ki Əməvilər hökuməti dövrünə aiddir. 19 il İslam ümmətinə İmamlığ etdi.
İmamın adı Muhəmməd, Künyəsi Əu Cəfər və ləqəbi isə Baqirəl Ulum yəni elmləri yaran. İmam 3-4 il arasında İmam Huseynin (ə) İmamət dövrünü dərk etdi hətta Kərbəlada belə oldu.

Peyğəmbərin (s) salamı İmama çatdırılır:
Həzrət İmam Sadiq (ə) atasından nəql edir: Cabir ibn Abdullah Ənsarinin (gözləri görməyən Peyğəmbər (s) səhabəsi) yanına getdim. Dedi: Kimsən? Dedim: Məhəmməd Əli oğlu. Dedi: Oğlum yanıma gəl. Yanına getdim əlimdən öpdü və istədi ayağımdam öpsün qoymadım.
Dedi: Allahın Rəsulu sizə salam göndəriblər! Hadisə haqda soruşdum.
Dedi: Bir gün Peyğəmbərin (s) yanına getdim. Həzrət (s) buyurdu: Ey Cabir! Güman ki sənin ömrün uzun ola və mənim övladlarımdan olan Məhəmməd Əli (ə) oğlunu gördün. Allah ona nur və hikmət vermişdir. Onu görsən mənim salamımı çatdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter