Əbədi rahatlığa çatmaq yolunda atılmalı olan 3 mühüm addım hansılardır?


Hər gün insan texnologiya sahəsində yeniliklərlə üzləşir və böyük addımlarla irəli gedir. Bu yeniliklər bir tərəfdən insanın işini asanlaşdırsa və yüngülləşdirsə də, digər tərəfdən nigarançılığı və stressi daha da artırır. Halbuki, insan rahatlıq və hüzur sevən bir varlıqdır. Bəs əbədi rahatlığı necə əldə etmək olar? (Tebyan)

1. Vacibatlara əhəmiyət vermək, xüsusilə də namaza. Əgər insan gün ərzində sadəcə bir saatını namaz üçün ayırsa, ömrünü boş yerə keçirməmiş olar. Hər birimizin həyatında yersiz yerə keçirdiyimiz zamanlar olur. Saatlarla telefonda əyləşib yersiz söhbətlər etmişik və ya yersiz filmlərə və verilişlərə baxmışıq. Əgər insan gün ərzində bir saatını namaza və Ramazan ayını oruc tutmağa sərf etsə, artıq ömrünü hədər verməmiş olar. Ən azı behiştdə getmək üçün nə isə edər. “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin”. (“Ali-İmran” 133).
Sən əgər təqvalı olsan, o zaman behişt sənin müştaqın olar. Hədislərdə oxuyuruq ki, behişt təqva əhlinə aşiqdir. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).

2. Danışığında yersiz sözlər olmasın. Heç kəsə faydası olmayan sözləri demək və eşitmək - yersiz əməldir. Biz əgər Quranın və Əmirəl-möminin (ə) sözlərini eşitmişiksə, ən azı yersiz söz danışmağı kənara qoyaq. Bu yersiz sözlərin yerinə Allaha dua edək. “Təvəssül”, “Kumeyl” duasını oxuyaq, “Aşura ziyarəti”ni oxuyaq.

3. Günahdan çəkinək. Gözümüz, qulağımız kontrol altında olsun. Necə ki, bəzən dünya üçün gözümüzü və qulağımızı, dilimizi kontrol edirik, axirətimiz üçün də belə edək. Günahlarımızın sayını azaldaq. Xüsusilə də haqqun-nasa düçar olmayaq. Yalan danışmayaq, qeybət etməyək, şayiə yaymayaq, töhmət vurmayaq, başqalarını dilimizlə sancmayaq ki, həqiqi Əhli-beyt (ə) davamçısı ola bilək. Həqiqi Əhli-beyt (ə) davamçısı o kəsdir ki, Əmirəl-mömininə (ə) etiqadı vardır. Elə olmasın ki, dildə onu sevdiyimizi və onun davamçısı olduğumuzu elan edirik, ancaq növbə əmələ gələn zaman axsayırıq.
Biz gərək yalançı Əhli-beyt (ə) davamçıları olmayaq. Əgər həqiqi olsaq, nə bərzəx aləmində və nə də Qiyamətdə hesab-kitabımız olmaz. Quranda oxuyuruq ki, o zaman ki, insan Qiyamətə daxil olar, ondan soruşarlar ki, bərzəx aləmi nə qədər vaxt çəkdi və o, deyər ki, bir gün və ya yarım gün. Əlbəttə bərzəx aləmi minlərlə il çəkmişdir. Ancaq o qədər xoş və xürrəm olmuşdur ki, deyir ki, bir gün və ya yarım gün çəkmişdir.
Əgər biz də həqiqi Əhli-beyt (ə) davamçısı olsaq, əbədi rahatlığa çata bilərik. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter