İnsanı günahdan saxlıya biləcək əməllər nələrdir?


İnsanın günahdan saxlıya biləcək əməllər ibarətdirlər:
Avtomobillərdə onları xətərdən qorumaq üçün tormoza ehtiyac olduğu kimi, insanın da onu müxtəlif günahlardan qorumaq üçün tormoza və saxlayıcı bir amilə ehtiyacı var. İnsanı günahdan qoruyan amillər aşağıdakılardır:

1. Müxtəlif işlərdə fikirləşmək. \" Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. \"Məhəmməd/36


2. Allaha iman gətirmək və onun hər yerdə nazir olmağına əqidəli olmaq. \"Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!\" Ələq/14\".

3. İnsanın özünü tanıması və öz şəxsiyyətinə qarşı diqqətli olması. \"Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!” \"Sad/72; Hicr/29.

4. Axirət aləminə və qiyamət gününün hesab-kitabına əqidə. \"Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.\" \"Ali İmran/114\".

5. İşlərin Peyğəmbərə və İmamlara təqdim edilməsi. \"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!...\" \"Nisa/59\".

6. Ölümü yaxın bilmək və onu həmişə yada salmaq. \"(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!\" \"Ər-Rəhman/6-28.

7. Allahdan həya etmək və günahın təsirindən qorxmaq. \"Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. ... Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. ... Sizə Allahın Peyğəmbərini incitmək, ... yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!\" \"Əhzab/53\".

8. Düzgün ibadət etmək. \"(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. \"Ənkəbut/45\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter