Peyğəmbər (s) və Əhli Beytinə (ə) salavatın 20 faydası nələrdir?
Peyğəmbər (s) və onun pak ailəsi olan Əhli-Beytin (ə) dilindən salavatın savabı haqda çox sayda hədislər gəlmişdir. Biz bu yazımızda salavatın 20 fayda və təsirini qeyd edirik:
1-Allahın razılığına səbəb olan əməl, İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: \"Sizin mənə salavat deməniz istəklərinin qəbul olunmasına, Allahın razılığına və eləcə də əməllərinizin paklanmasına kömək edəndir\".
2-Peyğəmbər və əhli-beytin qiyamət günü şəfaət etməsinə səbəb olar. Rəvayətdə gəlmişdir. Peyğəmbər (s) Əli (ə)-a buyurdu: \"Ya Əli! Hər kim günərzində mənə salavat deyərsə mənim ona şəfaət etməyim vacib olar, baxmıyaraq ki, günahlar etmiş olsa belə\". 3-Peyğəmbərə (s) yaxınlaşmağa səbəb olar. Peyğəmbər (s) buyurmuşdu: \"Hər kim hər vacib namazından sonra 10 dəfə mənə salavat desə, qiyamət günü Mənim, İbrahimin (ə) və Əlinin (ə) yanında yerləşdirilər, eləcə də qiyamət günü üzü ay kimi parıldayar.
4-Munafiqliyi uzaqlaşdırar. Peyğəmbər (s) buyurur: \"Mənə salavat deyərkən səsinizi ucadan çıxardın ki, ikiüzlülüyü məhv edər\".
5-Qeybətini edənlərin dilindən azad olmaq, Həzrət Xizr (ə) buyurur: \"Hər kəs bir məclisdən çıxarkən Bismillah və eləcə də salavat desə bilsin ki, Allah-Taala bir mələk göndərər ki, qoymaz məclis əhli onun qeybətini etsinlər\".
6-Duanın qəbul olunmasına kömək edər. İmam Sadiq (ə)-dan tövsiyə olunur: Dualarınızın əvvəlində və sonunca Peyğəmbər (s) və Əhli Beytinə (ə) savalat deyin. Çünki salavatın qəbul olunmasında şübhə yoxdur onun hörmətinə ümid var ki, Allah Taala istəkləri də qəbul etsin.
7-Savab əməllərin qiyamət sorğusunda ağır gəlməsinə kömək edər. İmam Sadiqdən (ə) nəql olunur: “Qiyamət günü insanın əməlləri tərəziyə qoyulduğu zaman salavat ən ağır gələn saleh əməl olacaq\".
8-Günahların bağışlanmasına səbəb olar, Peyğəmbərdən (s) nəql olunub: “Hər kim cümə günü 100 dəfə mənə salavat deyərsə Allah-Taala onun 80 illik günahlarına qələm çəkər”.
9-Mələklər onun sağlamlığı üçün dua edərlər. Peyğəmbər (s) buyurdu: Cəbrail (ə) mənim yanıma gəldi və müjdə verdi ki, hər kim Peyğəmbərə (s) salavat deyərsə 70 min mələk də onun haqqında dua və salavat deyərlər, eləcə də onun yeri cənnətdir”.
10-Sübh namazından sonra salavat. İmam Sadiq (ə) buyurdular: “Sizə elə bir şey öyrətmək istəyirəm ki, üzünüzü cəhənnəm əzabından qorusun. Hər kəs sübh namazından sonra 100 dəfə salavat deyərsə Allah Taala onun üzünü cəhənnəmin istiliyindən qoruyar”.
11-Salavat yazmaq. Peyğəmbər (s) buyurdu: “Hər kim salavatı bir yerə və ya kitaba yaza və o yazı nə qədər ki, silinməmişdir salavatı yazan şəxsin savab əməlinin yazılması qurtarmaz”.
12-Salavat yaddaşı gücləndirər.
13-Salavat şeytanın uzaqlaşmasına və zəlil olmasına səbəb olar.
14-Salavat sirat körpüsündə yıxılmaqdan qoruyar.
15-Salavat insanın iradəli olmasına və kasıbçılıqdan xilas olmağına kömək olar.
16-Salavat qəbr aləminin nurlu olmasına səbəb olar.
17-Salavat qiyamətdə sussuzluqdan nicat tapmağa səbəb olar.
18-Salavat qəbr əzabının qaldırılmasına səbəb olar,
19-Günahın əməl dəftərinə yazılmasının qarşısını alar, Peyğəmbər (s) buyurur: Hər kim bir dəfə mənə salavat desə insanın əməllərini yazan iki mələk üç gün tövbə etməsinə imkan verərlər.
20-Nurani qəlblilik əlaməti. Peyğəmbər (s) buyurur: “Mənim adımı eşidib amma salavat deməyən şəxs qəddar ürəkli biridir”. Topladı: Hacı Yusif Əliyev.