Müsəlman cəmiyyətin bu gün əxlaqi böhran yaşamasının səbəbləri nələrdir?
Cəmiyyətimiz bu gün əxlaqi böhran içindədir. Bunun bir çox səbəbləri vardır:
1- İnsanların əxlaqi dəyərlərdən uzaqlaşması və əxlaqi maarifsizlik.
2- Qərbin mədəni hücumu.
3- İnsanların dünyaya bağlılığının artması.
4- Cəmiyyətdə əxlaqsızlığın və ədəbsizliyin hər tərəfli şəkildə yayılması.
5- Ədəb və əxlaqdan kənar olan insanların cəmiyyətə ülgü və ideal kimi təqdim edilməsinə cəhdlər göstərilməsi.
6- Əxlaq ustadlarının və əxlaqi dəyərləri təbliğ edən insanların azlığı.
7- Heç bir qurumun ölkədə əxlaqın maarifin yayılmasına maraq göstərməməsi.
8- Cəmiyyətdə gizli qüvvələr tərəfindən əxlaqi dəyərlərin əleyhinə güclü təbliğatın aparılması.