Həzrət İsa (ə)-dan dünyaya bağlanmağın pisliyi haqda ibrətamiz dastan!
Həzrət İsa (ə) və dünyaya canını qurban verən səhabəsinin dastanı:
Bir gün Həzrət İsa (ə) onu üzdə sevən biri ilə birlikdə səfərə çıxır. Bir müddət yol gedirlər. Namaz və Allaha ibadət vaxtı gəlib çatır. Həzrət İsa (ə) səhabəsinə buyurur: \"Alllaha ibadət vaxtı gəlib çatdı. Mən Allaha namaz qılıb baş əymək istəyirəm. Sən isə bu pulu al və get 3 çörək al gətir birlikdə yeyək. Həzrət İsa (ə) namaza durur və səhabəsi gedir 3 çörək alıb gəlir. İsa (ə) dostu gəlib görür ki, Allah övliyası və Peyğəmbəri (ə) olan İsa Məryəm oğlu hələ də ibadət halındadır. Düşünür ki, həzrətin xəbəri olmayacaq çörəkdən birini yeyir. Həzrət ibadətini sona çatdırandan sonra dostunun yanına gəlir və görür ki, dostunun əlində iki çörək var. Buyurur: Sənə demişdim üç çörək al. Neçə çörək aldın? Səhabə deyir: Verdiyiniz pulla iki çörək ala bildim. İsa (ə) heç bir şey demədən onunla oturub çörək yeyir. Sonra yollarına davam edirlər. Bir müddət yol gedəndən sonra qarşılarına bir çeyran çıxır. Onlar heyvanı övlayır və bişirib yeyirlər. Həzrət İsa (ə) deyir: İstiyirsən sənə möcüzə göstərim?! Deyir: Bəli. İsa (ə) buyurur: Yediyimiz ceyranın sümüyünü mənə gətir. Səhabə ceyranın sümüyünü bir yerə cəmləşdirir və İsanın (ə) önünə yığır. İsa (ə) Allahın izni ilə ceyrana can verir və səhraya azad edir. Və səhabəsindən soruşur: Neçə çörək almışdın? O yenə də deyir: İki çörək. həzrət buyurur: Olsun. Yollarına davam edirlər. Qarşılarına üç küpə qızıl çıxır. Həzrət İsa (ə) buyurur: Neçə çörək almışdın? Səhabə yenə də israrla deyir: İki çörək almışdım. (Yəni Həzrət İsanın (ə) sualı təkrarlamaqdan məqsədi bu idi ki, yalanından əl çək və Allaha tövbə et birdə yalan danışmayıb başqasının malını yemə?!)
Səhabə Həzrət İsaya (ə) deyir: Bu pulları nə edək? Həzrət İsa (ə) buyurur: Mənim ehtiyacım yoxdur. Səhabə deyir: Mən hamısını götürürəm və səndən yolum ayrılır. Həzrət İsa (ə) sağollaşıb yoluna davam edir.
Həzrət İsa (ə) səhabəsi tanınan şəxs küpə qızıllarla çöldə bir müddət yubanır. O qədər səhrada qalır ki, 3 nəfər onun yanına gəlib 3 küpə qızılı olduğunu görürlər. Küpə sahibinə hücum edib onu öldürür və malı ələ keçirirlər.
Üç quldur, aralarında küpə qızılları bölməyi planlaşdırırlar. Biri deyir aramızdan biri getsin şəhərdən yemək alsın gətirsin, yeyək doyaq və dünya malını bölüb yolumuza davam edərik. İçilərindən biri deyir mən gedib yemək alaram. Yola düşür və bazardan ərzaq alır gətirir. Bazara gedən quldur fikirləşir ki, yeməyi zəhərləyim quldur dostlarım ölsünlər və küpələr mənə qalsın. Bu bədbəxt bunu düşünərkən, küpələr yanında qalan iki dost da öz aralarında qərarlaşırlar ki, bazara gedən dünyadostları gələndə onu öldürsünlər və sərvət ikisinə çatsın. Qafil və cahil insan bazardan gəlib çatar-çatmaz dostları tərəfindən hücuma məruz qalıb qətlə yetirilir. Qalan iki nəfər bir-birinə deyir: Gəl indi yemək yeyib malı bölək. Yeməyi yeyirlər və ərzaq zəhərli olduğundan ikisi də zəhərlənib ölür. Həzrət İsa (ə) səhabəsinin dalınca qayıdır ki, nəsihət etsin. Gəlib görür ki, üç küpə qızıl məhəbbəti 4 nəfərin canına mane olub.
Bu ibrətdolu dastanın bizim üçün dərsləri:
Dünya malına məhəbbət axrət üçün olmasa insanı dünya və axirətdə bədbəxt edər və pis dost insanı qızıl dəyərindən üstün olan canından edər.
Topladı: Yusif Əliyev.