İmam Həsənin (ə) Peyğəmbər (s) yanında dəfn olunmasına kim mane oldu?


Bir tarixi həqiqətdir ki, Aişə Peyğəmbərin (s) zövcəsi İmam Həsən Müctəbanın (ə) cəddi kənarında dəfn olunmasına mene oldu. Bu haqda şiə və əhli-sünnə kitablarında çox sayda hədislər gəlmişdir. Şiə kitablarında bu hadisə haqda çoxlu hədislər nəql olunmuşdur. Biz bu məqaləmizdə isə Üsul Kafi hədis kitabı Məhəmməd
Yəqub Kuleyninin əsəri olan kitabdan bir hədisi nəql etməklə kifayətlənirik.

Muhəmməd ibn Muslim deyir: Eşitdim ki, İmam Baqir (ə) buyururdu: \"O zaman ki, İmam Həsən (ə) ömrünün son anlarını yaşayırdı, qardaşı İmam Huseynə (ə) buyurdu: \"... O zaman İmam Həsən (ə) rihlət etdi (yəni yoldaşı Cödənin əli ilə zəhərlənməklə) və onun tabutuna yerləşdirdilər. Onu o yerə apardılar ki, Peyğəmbər (s) Mədinədə cənazələr namaz qılardı. İmam Huseyin (ə) qardaşının cənazəsinə namaz qıldı və elə ki, namaz son çatdı Peyğəmbərin (s) məscidinə daxil oldu və o həzrətin məzarı başı üzərində dayanmışdılar ki, Aişəyə xəbər göndərdilər ki, Bəni Haşim Həsən (ə)-ın cənazəsini gətirib ki, Peyğəmbərin (s) kənarında dəfn etsin. Aişə yəhərli qatıra minib özünü oraya çatdırdı. ( o birinci qadın idi ki, İslamdan sonra yəhərli heyvana mindi) - dayandı və dedi: (Ey Bəni Haşim!) Övladınızı mənim evimdən bayıra çıxarın, burda heç bir şey basırılmamalıdır və Peyğəmbərin (s) hörməti sındırılmamalıdır.
İmam Huseyin (ə) buyurdu: Sən və atan öncədən Peyğəmbərin hörmətini saxladımı? Bundan öncə Peyğəmbərin (s) yanında iki nəfər basırıldı onda hörmətsizlik olmadı Amma Peyğəmbər (s) balası cəddini yanında basırılanda hörməti sındırılır?!. ...
Əhli Sünnət alimləri də yazırlar: Aişə qatıra minmiş halda gəldi və icazə vermədi ki, İmam Həsən (ə) cəddinin yanıdna dəfn olunsun.
İbn Əbdül-Bərr Qurtubi, əhli-sünnətin məşhur alimi özünün \"Behcətül-Məcalis\" kitabında yazır: \"O zaman ki, Həsən (ə) dünyasını dəyişdi, istədilər ki, Peyğəmbərin (s) evində -qəbrinin kənarında - dəfn etsinlər, sonuca onun qarşısı alındı\".

Bu sənədlər əsasən Aişə İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) yanında basırılmasının qarşısını aldı. Bu tarixi fakta əsasən aşağıda bir neçə sual ortaya çıxır:
1-Aişə nə üçün İmam Həsənin (ə) cəddi Peyğəmbərin (s) yanında basırılmasına narazı idi?
2-Bu evin ixtiyarı Aişənin əlində idi ki, bu işi görməyə icazəsi olsun? Kim bu evi ona vermişdi? Əgər o bu evi Peyğəmbərdən (s) irs aparmışdısa Fatimə (s) atasından irs nə üçün irs aparmadı? Əgər İmam Həsənin (ə) peyğəmbər (s) kənarında dəfn olunması o həzrətə hörmətsizlik idisə bəs başqa müsəlmanların həzrətin yanında dəfn olunması hörmətsizlik hesab olunmadımı?!

1-Usul Kafi kitabı, cild-1, səh: 303.
2-Behcətül Məcalis və Ənəsul-məcalis, kitabı, cild-1, səh: 100.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter