İsa (ə) neçə il peyğəmbərlik etdi və onun risalətinin qlobal olmasına dəlillər nələrdir?
Quranın aydın ayələrinə əsasən Həzrət İsa (ə) körpə və qundaqda olduğu bir halda Bəni İsrailin (ə) müqəddəs Məryəmə (ə) töhmət etdiyi vaxtda dilə gəlib öz peyğəmbərliyini və anasının pak olmasını dedi.
Quran buyurur: “Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi” –Məryəm/30
İmam Sadiq (ə) nəql olunur: İsa (ə)-ın peyğəmbərliyi uşaqlığından başlanmışdır. O cür ki, Quran-Kərim Yəhya (ə)-ın peyğəmbərliyini uşaqlıdan başlandığını deyir: “(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” Məryəm/12.
Həzrət İsa (ə) dünyaya gəlişindən sonra Beytül-Ləhm şəhərində anası Məryəmlə və atalığı Nəccar Yusiflə bir müddət Misirə və sonra Nasiriyyəyə Fələstin şəhərlərindən olan məkana hicrət etdi. Bu vaxtda Yəhya İsanın (ə) xalası oğlu Bəni İsrail arasında ilahi risaləti öhdəsinə almışdı. Nəhayət 29 yaşına yaxın olarkən və Nasiriyyə şəhərində yaşayaraq Allah tərəfindən əmr olundu ki, xalqı dininə (xristianlığa) dəvət etsin. Elə bu ilahi əmrdən sonra İsa (ə) ilahi risalətini Bəni İsrail arasında elan etdi. İncil kitabı isə İsanın (ə) peyğəmbərliyinin (risalətinin) başlanmasını 30 yaşında bildirir.
Quran da neçə ayələrdə İsa (ə) risalətini Bəni İsrail arasında olmasına işarə etmişdir?
(Ya Peyğəmbər) Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər. (Səff/6). -
Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır. (Ali-İmran/49).
Bu ayələrə əsasən İsa (ə)-ın risaləti Bəni İsrail tayfasına təbliğ etməkdən başlanmışdır, amma onlar üçün məxsuslaşmamışdı. İsanın (ə) risalətinin qlobal olmasına dəlillərimiz:
1- Mərum Əllamə Təbatəbai (r) Bəqərə/213 ayənin təfsirində deyir: İsa (ə) Musa (ə) kimi ulul-əzm (seçilmiş peyğəmbər) olmuşdur və bütün üçün yeni risalət gətirmişdi. Bəqərə ayəsinin təfsirindən başqa əllamə İsanın (ə) risalətinin bütün dünya üçün olması haqda Yasin (ə) surəsinin İsaya (ə) aid ayənin tərcüməsində buyurmuşdu ki, İsa (ə)-ın dini qlobal bir dindir bəni İsrail üçün xüsusiləşməmişdi. Bəni İsrail üçün risalətini elan etdi yəni o tayfanın içindən peyğəmbərliyini yaymağa başladı mənasındadır. (əl-Mizan cild: 17, səh: 84, Şeyx Tusinin Tibyan kitabında, cild: 8, səh: 448) Araşdırmaların sonucu bu olur ki, İsanın (ə) risalətini qlobal olmuşdu və bu iddiaları üçün əsaslı və çox sayda rəvayətlər gətirərək, sübut etmişlər. (Bihar əl-Ənvar hədis kitabı, cild: 3, səh-349).
2-Başqa cəhətdən isə İsanın (ə) risalətinin qlobal olmasının sübutu isə o həzrətin müxtəlif bölgələrdə dinini təbliğ etməsi olmuşdu, ki risalətini yaymaq üçün müxtəlif möcüzələrini çox saylı bölgələrdə həyata keçirmiş.
3-O həzrətin Ulul-əzm peyğəmbər (s) olması onun qlobal risalətə sahib olmasına böyük dəlil ola bilər.
4-O həzrət (ə) Həvarilərini də müxtəlif bölgələrə təbliğ üçün göndərərdi və onlar həzrət İsanın (ə) yoxluğundan sonra bu öhdəliyi yerinə yetirərdilər. Dünyada dinlərin tarixi, Hikmət Əli Əsğər, səh: 220. O həzrətin risaləti 29 yaşından meraca çəkilənə qədər davam etdi.