Ailədə mübahisə zamanı edilməməli 4 hal nələrdir?


Ailə həyatında bir çox çətinliklərin amili - düzgün ünsiyyətin olmamasıdır. Çünki cütlərdən çoxu sözlə rabitə qurmaq məharətinə malik deyildirlər. Ona görə də həyat yoldaşımızla danışan zaman bəzən elə sözlər işlədirik ki, şirin söhbət davaya çevrilir. Ona görə də ailə qurmuş hər bir insan rabitə qurmaq məharətini öyrənməli və bilməlidir.
Danışıq elə bir nemətdir ki, insan onun vasitəsilə qarşılıqlı anlaşma qurar, anlaşılmamazlıqları həll edər. Hətta ən böyük müharibələrdə belə müzakirələr vasitəsilə problemlər həll olunmuşdur. Əgər insan düzgün rabitə qurmağı bacarmırsa, istər-istəməz özünə qarşı sui-zənn toplamış olur.
Əgər ailədəki münasibətlər və rabitələr müvəffəq olarsa, orada sağlam övladlar yetişər. Bir çox ailələrdə söhbət – məlumat almağın ən yaxşı vasitəsidir. Lakin əgər insan söz deyil, işarə, sükut, üz mimikası ilə rabitə qurarsa, müsbət nəticə gətirməz. Lakin bəzən sükut etmək fayda verir. Misal üçün incidilən zaman sükut edib, bir qədər düşünmək hər iki tərəfin qəzəbini yatızdırar.
Qadınla kişinin əqidəsini bəyan etməsi fərqlidir. Bu fərq iki fərqli mədəniyyətə bənzəyir. Qadınlar xoşlayır ki, şəxsiyyətlərini daha çox aşkar etsinlər. Kişilər isə danışmaqdan kontrolu və istiqlalı ələ almaq üçün istifadə edərlər.
Danışıq məharətlərindən biri budur ki, elə sözlərdən istifadə etmək lazımdır ki, qarşı tərəfi alçaltmasın və onu qəzəbləndirməsin. Belə ki, həyat yoldaşınızla rabitə quran zaman bu dörd haldan istifadə etməyin.
1. Tənqid. Həyat yoldaşınızın şəxsiyyətinə hücum etməkdir. Misal üçün demək: “Çox eqoistsən”. “Özündən başqa heç kəsi düşünmürsən”.
2. Təhqir. Bilərəkdən qarşı tərəfi təhqir etməkdir. Misal üçün: ”Bilmirəm ki, sənin kimi bir nadanla niyə rastlaşmışam?”.
3. Öz səhvini müdafiə etmək. Yəni, məsuliyyətini inkar etmək. “Həmişə sən gec gəlirsən, bir dəfə də mən gec gəlim, nə olub ki?”.
4. İsrar etmək. Yəni, şikayətini sükut edərək vermək. Bu rəftarlardan hər biri qarşı tərəfi qəzəbləndirər və vulkanı püskürdər. Halbuki, sadə bir cümlə bu qəzəbi yatızdıra bilərdi: “Mən səni çox istəyirəm”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter