Quranda buyurulur: Peygəmbərin( ə ) min keçmis ve gələcək gunahlarini bagisladiğ. Bu ayənin acixlamasini deyərdiniz?


Bu barədə İmam Rzadan (ə) bir hədis nəql olunur. Məmunun bu ayəni dəlil gətirərək peyğəmbərin günah edib-etməmsi barədə sualına cavab olaraq İmam buyurdu: \"Məkkə müşriklərinə görə peyğəmbərin günahı hamının günahından böyükdür. Onlar üç yüz bütə pərəstiş etdikləri halda peyğəmbərin (s) onları tövhidə dəvət etməsi onlar üçün ağır gəldi və təəccüblə dedilər: \" O bizim bütün allahlarımızı bir Allahlamı əvəz etmək istəyir? Necədə təəccüblü bir şeydir?\" Onlara görə peyğəmbərin bu işi ən böyük günah idi. Amma Allah Məkkəni, peyğəmbəri üçün fəth edən zaman, ona buyurdu: \"(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fəthlərinin başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq ) açıq-aşkar bir zəfər bəxş etdik! Bununla da müşrik ərəblərin yanında, tövhidə dəvət etdiyinə görə (onların günah hesab etdiyi) keçmiş və gələcək günahlarını bağışladıq.\" Məkkə Fəth olunduqdan sonra bəzi müşriklər islamı qəbul etdi, bəziləri oranı tərk etdi qalanlar da İslam təbliğ etdiyin zaman onu inkar edə bilməzdilər. Beləlliklə bu fəthlət vastəsi ilə müşriklər də peyğəmbəri günahkar saymaqdan əl çəkdilrə.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter