Şirkin gətirdiyi dünya və axirət bəlaları nələrdir?


Şirk tələsinə düşmək insanı dünya və axirət səadətindən məhrum edər və axirətini yandırar. Bu cür insan İlahi rəhmətdən məhrum olar, insanlıqdan süqut edər, batini nəcis olar. Şirkdən xilas olmaq üçün əqli və nəqli yollar vardır. Onlardan biri də insanın öz zəif olması haqqında düşünməsidir. Allahın ona əta etdiyi nemətlərə diqqət etməsidir. (Tebyan)
“Şirk” sözünün lüğətdəki mənası “nəsib qərar vermək”dir. Quran maarifində şirk dedikdə Allah Təalaya şərik qoşmaq nəzərdə tutulur. Xalis tövhidin davamçıları şirkdən üz döndərmiş və Allah Təalaya üz çevirmişdilər. Ona görə də onlara hənif deyilir. Yəni, etidala meyl edənlər.
Şirk iki cürdür: əqidədə və əməldə olan şirk.

Əqidədə olan şirkin də öz növləri vardır:
1. Uluhiyyətdə olan şirk. Allahdan qeyrisinin mövcud olmasına etiqad bəsləmək ki, həmin sifətlərə malikdir.
2. Xaliqiyyətdə olan şirk. İki Məbudun olmasına etiqad bəsləmək.
3. Rübubiyyətdə olan şirk. Aləmin işlərinə rəhbərlik edən müxtəlif sayda Məbudun olması etiqadı.
Əməldə olan şirkin də bir neçə növü vardır:

1. Gizli şirk.
2. Aşkar şirk.
Allah Təalanın nəzirinə görə, bütün şirklər – yolunu azmaqdır. Allaha edilən böyük zülmdür. Ona görə də bağışlanılmaz günahdır. Bu gün bəzi azmış dəstələr başqalarının nəzərlərini batil elan etmək üçün şirki bayraq ediblər. Amma əslində nə İslamdan, nə də əxlaqdan xəbərləri vardır.
Şirk tələsinə düşən insanları həm dünyada və həm də axirətdə çox sayda bəlalar gözləyir.
1. İlahi rəhmətdən məhrum olmaq və cəhənnəmə düşmək. Allah Təala Qiyamət günü bütün günahlar üçün rəhmətini açıq buraxacaqdır. Lakin şirki istisna etmişdir. Onu bağışlanılmaz elan etmişdir. Əgər müşrik tövbə etmədən ölərsə, onun üçün heç bir ümid olmaz. O, cəhənnəmə daxil olacaqdır.
2. Yar və yavərdən məhrum olar. Şirk insanı bədbəxt edər və üzərindən himayə çətirini götürər. Onu ibadət etdiyi “məbud”ların öhdəsinə buraxar. Bu məhrumiyyət onu həm dünyada, və həm də axirətdə gözləyər.
3. İnsanlıq dərəcəsindən süqut edər. Allah Təala Quranda müşriki o insana bənzədir ki, göydən süqut edər. Quşlar bədənini parçalayar və ya şiddətli külək onu uzaq bir yerə atar. İnsan öz insanlığından süqut edər və şeytan da onu ovlayar.
4. Batini çirkin olar. Müşrik insan bütlərə ibadət edərək batinini çirkləndirər və onun bu çirkinliyi zahirində də büruzə olunar.
5. Məzəmmət olunar. Şirk - məzəmmət olmaq mənbəyidir.
6. Rahatlıqdan uzaq olar. Müşrik, öz şirkinə görə Allahın düşməni olar. Ona görə də rahatlıq onlara haram olar. Ürəkləri qorxan və nigaran olar.
Tövhid ancaq ağıl vasitəsilə sübut oluna bilən bir etiqaddır. Ona görə də şirkdən xilas olmaq istəyən hər bir insan təfəkkür yolundan yardım almalıdır. Öz yaradılışı haqqında düşünməlidir. Əgər yer üzündə tanrıların sayı çox olarsa, nələrin baş verəcəyini düşünməlidir. Peyğəmbərlərin (ə) risaləti haqqında düşünməlidir. Bu yolla ağlın gizli tərəflərini aşkar edər və həqiqətlərə çata bilər. Allahın insana verdiyi nemətlərə diqqət etməlidir, məsuliyətlərini düşünməlidir. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter