İmam Əli (ə) baxışında hansı əxlaqi xüsusiyyətlər bəzi insanlardan daha çox bəyənilir?
İnsan dərki və düşüncəsində əxlaqi xüsusiyyətlər səadət səbəbi hesab olunur. İslam maarifində isə buna daha dərin baxış olaraq İmam Əli (Ə) hədisindən Bəzi əxlaqi xüsusiyyətlərin, seçilmiş insanlardan olması daha çox dəyərli və Allah dərgahında vacib olaraq tələb olunur. O əxlaqi xüsusiyyətlər ibarətdir:
1-Ədalətli olmaq bəyənilmiş xüsusiyyətdir, amma dövlət başçılarında olması dəyərli və tələb olunandır,
2-Səbirli olmaq gözəl xüsusiyyətdir, amma fəqirlərdən daha qiymətli və tələb olunandır,
3-Allah qorxusu, təqva bə günahlardan çəkinmək gözəl xüsusiyyətdir, amma alimlərdən daha dəyərli və tələb olunandır,
4-Günahlardan tövbə etmək gözəl əməldir, amma cavanlardan daha qiymətli və dəyərlidir,
5-Həyalı və iffətli olmaq gözəldir, amma qadınlardan daha gözəldir,
6-Əliaçıqlıq gözəldir, amma imkanlı şəxslərdən daha bəyənilən və istəniləndir.
Bu gözəl xüsusiyyətlərin olmamasına dair misallar:
Sultan, başçılar və hakimlərdə ədalət olmasa bir buluda bənzərlər ki yağış onlardan nemət olaraq gəlməz,
Səbirli olmayan kasıb bir çırağa bənzər ki, nuru yoxdur,
Bir alim ki, təqvalı və Allahdan qorxan olmaya bir ağaca bənzər ki, meyvə verməz,
Bir cavan ki tövbə etməyə suzsuz bir gölə və dənizə bənzər,
Bir qadının ki həyası olmaz duzsuz yeməyə bənzər,
Bir varlı ki, səxavətli olmaya məhsulsuz torpağa bənzər.
Mənbə: İrşadul-Qulub kitabı, c. 2, səh: 270.