İmam Zamanın (ə) qiyamı hadisəsinə aid üç şübhəyə cavab!


A) İmam Zamanın (ə) qiyamı nə zaman başlayacaqdır?

Cavab: İmam Zamanın (ə) dünyada hakimiyyət qurması adi yolla olacaq yoxsa bir möcüzə baş verməlidir?
Cəfəri məktəbinin hazırkı böyük müctəhidlərindən olan Ayətullah Safi Gülpayqani həzrətləri bu sualı belə cavablandırır:
Dəyərli hədis və rəvayətlərə əsasən Əsrin İmamı (ə) o zaman zühur edib gözlərə görsənəcəkdir ki, 313 nəfər o həzrətin xas səhabələri müqəddəs Məkkə şəhərində o həzrətin hüzurunda olub onunla beyət etsinlər və həzrətin səhabələrinin sayı 10 min nəfər çatsın. Həzrətin fədakar dostlarının yığılması ilə İmam (ə) Məkkədən çıxıb öz qiyam və ədalətyönlü hökumətini qurmaq üçün çağırışını başladacaqdır. Misal üçün Şeyx Mufid bu məzmunda rəvayəti İmam Sadiqdən (ə) İrşad kitabında nəql etmişdir. O hədisdə deyilir: İmam Zamanın (ə) xas sahabələri (313 nəfər) və ümumi köməkçiləri 10 minə çatanda İmam (ə) Məkkədən Mədinəyə hərəkət edərək qiyamını bütün dünyaya elan edəcəkdir.


B) Sual: İmam Zamanın (ə) zühuru zamanı hansı qüvvələr o həzrətə kömək edər?

İmam Zaman (ə) ilahi hakimiyyətini hansı qüvvə ilə haqda iki baxış var:
1-O həzrətin dünyada ədalətli hökumət qurması mümkündür ki, ilahi möcüzə ilə həyata keçirilsin,
2-Eləcə də mümkündür bu ilahi hökumət bəzi zahiri güclərin Allah tərəfindən verilməsi ilə həyat keçirilsin.
Necə ki, Peyğəmbərimizin (ə) dəvətinin irəliləməsi hər iki yolla həyata keçdi.
İlahi kömək və İmamın möcüzələri ilə İlahi hökumətin qurulmasına dair açıqlamaya ehtiyac olmaması qəbul olunası bir məsələdir. Necə ki, Qurani Kərimdə Allah Taala buyurmuşdur ki azsaylı ordu güclü orduya qələbə çalmışdır ki, Bədr muharibəsində bu misdaq tarixi faktın şahidi olmuşuq. (Bəqərə surəsi, ayə: 249). və ilahi köməklərin olması Quranın Həcc surəsində, ayə: 40 da deyilir.
Amma ikinci yolla hökumətin qurulmasının mümkünlüyü haqda açıqlama vermək istəsək deyilə bilər ki, İmam Zamana (ə) şəraitin özü kömək edəcək. Bu cür ki, İmam Zaman (ə) elə bir dövrdə zühur edər ki, siyasi, əxlaqi və ictimai vəziyyət o həzrətin dəvətini qəbul etməyə hazır olar, o həddə ki, bəşəriyyət belə hökumətin qəbulu üçün sussuz bir şəxsə bənzər.
İmam Zamanı (ə) cəmiyyətin qəbul etməsinə tarixi dəlilimiz də İslam Peyğəmbərinin (s) tarixində görmək olar. İslam Peyğəmbərinin (s) gəlişi zamanı İctimai fəsadların yayılması, zalım Rum və İran hakimiyyətlərinin yaratdığı ədalətsizliklər şərait yaratdı ki, yer üzündə insanların əksəriyyəti ilahi dəvəti qəbul etməyə hazır olsunlar. Bu tarixi həyati çevrilişə baxaraq rəvayətlərdə deyilir ki, Peyğəmbərin (s) dövründə olan insanların ilahi dəvəti qəbul etmə hazırlığı İmam Zaman (ə) dövründə dəfələrlə çox olacaqdır.


C) Sual: İmamın qılıncla qiyam etməsi necə başa düşülür bir halda ki, dünya silah cəhətindən çox inkişaf etmişdir?

Cavab: İmamın qiyamı zamanı (ə) deyilən mühüm bir məsələ budur ki, İmam Cəddinin qılıncı ilə zühur edəcəkdir mənası budur ki, qılıncla qiyam kinayədir silahla zühur etmək və cihad etməyə əmr olunmaqdır. Eləcə də İmam Zaman (ə) zühur edən zaman əsrinin düşmənləri ilə mübarizə edərkən zamanında lazım olan silahlardan bəhrələnəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter