İmam Huseyin (ə) qiyamı, hansı ictimai şəri hökmləri bizə öyrətdi?
İmam Huseyin (ə) qiyamı ilə səadətə çatmağın yollarını islam ümmətinə öyrətdi. O cümlədən bu qiyamın ictimai fiqhi hökmləri dərs olaraq o həzrətin əməli sünnətindən ələ gəlir. Kərbəla qiyamının ictimai şəri hökmləri ibarətdir:
1-Hər bir İslami addım dini vəzifə olaraq həyata keçirilməlidir, istər insanın ziyanına olsun və ya xeyrinə.
2-Hər islahedici addım gərək İslami quruluşu yaratmaq və ya onu qorumaq üçün nəzərə alınsın,
3-İslam düşməni ilə yola gəlmək İslamın və müsəlman ümmətinin ziddinə olsa şəriətə görə qəbul olunmazdır,
4-İmamın qiyamı tarix boyu bütün bəşəriyyət üçün həyati nümunə olaraq əməli dərs oldu ki, zülmə qarşı mübarizə azad insanların borcudur,
5-Cəmiyyət məsləhətləri şəxsi məsləhətlərlə üst-üstə gələrsə şəri hökm budur ki, ümmətin məsləhətinə şəxsi istəklər və məsləhətlər qurban verilməlidir,
6-Çətinlikdə təqiyyə etmək qaydası İslamın əsaslarını qorunması zamanı işlək deyildir,
7-Allah yolunda cihad edib ilahi qaydaların məhvinin qarşısını almaq hər bir müsəlmanın qələbəsi mənasındadır zahirdə məğlubiyyət yaransa belə.
http://www.rasekhoon.net