Qəbirlərin ziyarəti məsələsində Səhabə və tabeinin rəftarlarından bir neçə nümunə qeyd edin?


İslam maarifini dəqiq mütaliə edib və insaflı hökm edilsə qəbirlərin ziyarətinin haram olmaması aşkar və açıqlamaya ehtiyaclı olmayan bir məsələ olduğu başa düşülər. Qəbirlərin ziyarəti haqda səhabə və tabeinlərdən bir neçə nümunə qeyd etməklə sözümüzü isbat edəcəyik:
1. Əbu Cəfər (ə) buyurur: Allahın elçisinin (s) qızı Fatimə həmişə həzrət Həmzənin (Allah ondan razı olsun) qəbrini ziyarət edərdi. Xanım Fatimə onu yenidən təmir edib, nişanə olaraq bir daş qəbir üzərinə qoydu.

2. Rüzəyn Əbu Cəfərdən (ə) nəql edir: Həzrət Fatimə (ə) müntəzəm olaraq iki, yaxud da üç gün fasiləsində (məzarları) ziyarət edərdi.”

3. Həzrət Fatimənin məzarları ziyarət etməsi başqa bir formada idi. Əbu Cəfər (ə), İmam Baqir (ə) və Əli ibn Hüseyndən (ə) nəql olunmuşdur ki, əlavə olaraq deyilir: Həzrət Fatimə orada namaz qılar və ağlayardı. Bu əməli, həyatının sonuna kimi vaxtaşırı olaraq yerinə yetirərdi.

4. İmam Əli (ə) buyurur: “Həzrət Peyğəmbərin (s) qızı Fatimə, hər cümə günü əmisi Həmzənin qəbrini ziyarət etməyə gedər, orada namaz qılar və ağlayardı.”

5. İbn Əbi Məlikə deyir: Ayişəni, qardaşı Əbdürrəhmanı ziyarət edərkən gördüm (Ayişənin qardaşı Əbdürrəhman, Həbəşi adlı məkanda vəfat etmiş, elə oradaca basdırılmışdır).

6. Eləcə də deyir: Bir gün Ayişəyə ziyarət üçün qəbirlərə tərəf gedərkən, “Allahın Rəsulu qəbirləri ziyarət etməkdən çəkindirmədimi?” söylədikdə, belə dedi: Doğrudur; lakin sonra ziyarət etməyə göstəriş verdi.

7. İmam Baqir (ə) sevimli atası İmam Səccadın (ə) məzarını ziyarət etməyə gedərdi.

8. Beyhəqi, Haşim bin Məhəmməd Əl-əmridən (Ömər ibn Əlinin övladlarından) nəql edir: Mədinədə qaldığımız zaman cümə günü dan yeri sökülməzdən öncə, atam məni özü ilə şəhidlərin məzarını ziyarət etməyə apardı. Mən atamın arxasınca gedirdim. Qəbirlərə çatdıqda atam uca səslə dedi: “Səbr etdiyinizə görə sizə salam olsun, çox gözəl yeriniz var.”

O sözünə davam edərək deyir: Atam salam verdikdə, belə bir cavab eşitdim “Sənə də salam olsun, ya Əba Əbdillah”, (və ələykumus-səlam ya Əba Əbdillah) Atam mənə baxaraq dedi: Sənmi salamın cavabını aldın? Dedim: Xeyr. Sonra isə atam məni sağ tərəfinə keçirdərək yenidən salam verdikdə, bu dəfə də salam cavabını eşitdi. Bu işi üç təfə təkrarladı və hər dəfə salam qarşılıqlı cavabla nəticələndi; Elə buna görə yerə əyilərək (Allaha) şükr səcdəsi yerinə yetirdi.

9. Yəhya Ətaf təqvalı qadınlardan sayılan öz xalasından belə nəql edir: Öz Qulamımla birlikdə atıma minərək Həzrət Həmzənin qəbrini ziyarət etməyə getdik. Bacardığım qədər namaz qıldım. Allaha and olsun ki, eşikdə səslənəcək və ya bir sözün cavabını verəcək bir kimsə yox idi. Qulamım atımın cilovunu tutaraq, yanımda dayanmışdı. Namazı bitirdikdən sonra, qalxıb dedim “Əs-səlamu ələykum”. Əlimlə isə Həmzənin qəbrinə işarə edirdim. Elə bu zaman yerin altından salamın cavabını eşitdim. Salamın cavabını, Allahın məni yaratmasının şübhəsiz olduğu kimi, aydın eşitdim. Bədənimin tükləri qalxmışdı. Daha sonra qulamımdan atımı gətirməyi istədim və atıma mindim.

10. Zəhəbi bir şəxsdən nəql edir: Harun Ər-Rəşid həcc ziyarətindən sonra Mədinə şəhərinə gələrək Yəhya bin Xalidə dedi:

Mənim üçün Mədinəni və orada olan övliyaların məzarlarını tanıyan elə bir şəxs tap ki, Cəbrailin Peyğəmbərə (s) necə nazil olmasını və onun şəhidlərin məzarı üzərinə gəlməsini bizə anlatsın. Yəhya kimin yanına gedirdisə ona məni göstərirdilər. Nəhayət arxamca bir şəxs göndərərək məni yanına çağırdı. Başqa bir gecədə görüşməyi qərara aldıq. Mən təyin olunmuş vaxt əlimdə şamlarla evdən çıxdım. Sovuşduğumuz hər bir məkan və məzarın kənarında dua edirdim. O ikisi də (Harun və Yəhya) sübh azanına kimi, namaz qılmaq və dua etməklə məşğul oldular.

Vəhhabilik və Peyğəmbərin (s) məzarının ziyarəti, Ustad Şeyx Nəcmüddin Təbəsi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter