Niyə İmam Hüseyn (ə.s) şəhid olacağını bilə-bilə qiyam etdi?
Mümkündür ki, İmam Hüseyn (ə.s) haqqında olan şübhələrdən biri eşidən və ya oxuyanların zehnini özünə məşğül etsin ki, görəsən İmam Hüseyn (ə.s) bu işlə özünü həlakətə atıb halbuki Allah Qurani Kərimdə bu işi nəhy emişdir:
وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَة
“Özünüzü öz əllərinizlə təhlükəyə atmayın!”
Bu işi görmək özünü öldürməkdir. Necə ola bilər ki, Rəsulullahın (s.ə.a.s) nəvəsi və Həzrət Əlinin (ə.s) oğlu İmam Hüseyn (ə.s) İslam dinin ilə tam şəkildə tanışlığı olan halda bu işi görsün?
Bu suala cavab vermək üçün əvvəlcə müqəddimə ünvanı ilə”haram olan həlakət” müəyyən olunsun deyə ayədə olan “həlakət”in mənasına işarə edək, sonra isə görək bu məsələ İmam Hüseynin (ə.s) qiyamına da aid ola bilər ya yox?
Allah Təala buyurur:
وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ . البقره / 195
Allah yolunda infaq edin, öz əllərinizlə özünüzü təhlükəyə atmayın və yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.
Bəqərə surəsi, 195
Bu ayədə “təhlükə” “həlakət” mənasındadır. Bundan məqsəd adi halda dözülməz dərəcədə insanın özünə zərər verməsidir. Məsələn fəqirlik, xəstəli, ölüm... kimi.
Bu ayədə birinci Allah yolunda olan infaqa yəni Onun yolunda fədakarlıq və bəxşişə dəvət olunur, sonra isə özünü həlakətə atmaq qadağan edilir. Nəticədə bu ayədə “həlakət”dən məqsəd Allah yolunda özündən keçməyi, fədakarlığı tərk etməkdir. Sonra buyurur ki, “yaxşılıq edin!” Yəni Allah yolunda fədakarlıq etməklə yaxşı iş görənlərdən olun!. Bu da aydındır ki, fədakarlığın hər növü Allah dərgahında sevimli və bəyəmilən deyil. Çünki əgər belə olsaydı dəlilərin və nadanların da fədakarlığı Allah dərgahında bəyənilərdi. Allahın bəyəndiyi fədakarlığın bir neçə şərti var, lakin biz onun iki ən mühüm olanını qeyd edirik.
1. Fədakarlıq gərək elə bir hədəf və istiqamətə yönəlsin ki, aləmdə olan ağıllı insanlar onu bəyənsinlər (yəni əql onu bəyənsin). Əgər əqlin çərçivəsindən xaric olub məcnunluq və özündən xəbərsizlik halətinə daxil olsa Allah dərgahında bəyənilməz.
2. Hədiyyə olunan yol dəyər baxımından hədiyyənin özündən üstün və fəzilətli olmalıdır. Elm əldə etmək və ya sağlamlıq üçün bir miqdar maldan keçmək kimi və ya insanın yeməyə olan ehtiyacını təmin etmək üçün bir heyvanı qurban kəsmək kimi... Bir sözlə hədəf nə qədər uca olsa, onun yolunda olan fədakarlıq da bir o qədər kamil olar.
Bu iki mətləb dediyimiz şərtlərin ən ümdə iki şərtidir ki, hər fədakarlıq, bəxşiş və infaqda gərək riayət olunsun. Belə olan surətdə Allah yolunda gözəl fədakarlıq hesab olunar.
Bu iki müqəddimə ilə çox yaxşı aydın oldu ki, İmam Hüseynin (ə.s) qiyamı tam kamil şəkildə Allah yolunda olan qiyam idi. Çünki bu qiyam qeyd etdiyimiz iki şərtə kamil surətdə malikdir. Buna əsasən o Həzrətin (ə.s) Aşura günü etdiyi bütün fədakarlıqlar Allah yolunda və Onun razılığını qazanmaqdan ötrü idi.
Xülasəsi budur ki, “həlakət” ayəsi (və ya özünü öldürməyi haram edən hər hansı bir dəlil) hər özünü xətərə salmağa şamil olmur. Can və malını böyük və şərəfli hədəf üçün qurban vermək – İmam Hüseynin (ə.s) əbədi yaşar qiyamı kimi – haram deyil. Çünki fədakarlığın bütün şərtləri o Həzrətin (ə.s) özündən keçmək və fədakarlıqlarında mövcud idi.
Əgər İmam Hüseynin (ə.s) Aşura günü o fədakarlığı olmasaydı İslam, Quran və peyğəmbərlərin tarix boyu gətirdiyi hər bir şey bidətlərin, böhtanların və xəlifələrin törətdiyi azğınlıqların altında təfn olardı və keçmiş dinlərin bu dağıntılar altda qalıb dəfn olunması və onlardan bir dənə belə döğru əsərin qalmadığı kimi onların da əsəri qalmazdı.
Nəticədə İmam Hüseyn (ə.s) qiyamı həm məquldu (yani əql də onu bəyənir), həm də o Həzrətin (ə.s) hədəfi fəda etdiyi candan, maldan, övladdan, bir sözlə bütün varlığından da dəyərlidir.
Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu. Tərcümə etdi: Fərhad Mirzə- http://az.313news.net