Müsəlmanın geyimi haqda İslam maarifinin baxışını qeyd edin?


Paltar və geyim elə mövzudur ki, İslam dini ona xüsusi diqqət göstərir. Paltar geyinməyin öz ədəb və qaydası vardır. (Tebyan)

Həmad ibni Osman İmam Sadiqin (ə) yanına gəlir və bir kişini görür ki, Həzrəti (ə) tənqid edir (nəuzbillah!) və deyirdi: “Siz deyirdiniz ki, Əli ibni Əbitalib (ə) kobud paltar geyinərdi və köynəyinin qiyməti dörd dirhəmlik idi. Amma indi görürəm ki, sizin özünüz cəddinizin geyindiyindən qeyrisini geyinirsiniz”. Həzrət (ə) buyurdu: “İmam Əli (ə) o paltarı o zaman geyinərdi ki, insanların nəzərində qəbahətli sayılmırdı. Əgər bu gün onu geyinsəydi, qeyri-adi olardı. Hər bir zamanda ən yaxşı paltar – həmin zamanın paltarıdır”.
Süfyan Suri nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Siz nəql edirdiniz ki, İmam Əli (ə) kobud paltar geyinərdi. Siz isə bahalı parçadan paltar geyinirsiniz?”. Həzrət (ə) buyurur: “Vay olsun sənə! İmam Əli (ə) insanların yoxsul olduğu zamanda yaşayırdı. Ruzigar rifaha çıxandan sonra zamanın yaxşıları ona (gözəl paltara) daha layiqlidir”.
Münasib paltarın xüsusiyyətləri.
İmam Sadiq (ə) buyurur: “Mömin üçün ən yaxşı zahiri paltar - o paltardır ki, alınması asan olsun, qiyməti ucuz olsun. Paltar qiymət baxımından hər nə qədər ucuz olarsa, vaxt itkisi də az olar. Vaxt itkisi Allahdan qəflətə səbəb olar”.
Allahın verdiyi hər bir nemətə şükür etmək həmin nemətin məhv olmasının qarşısını alar. Paltarın qiyməti hər nə qədər bahalı olarsa, onun şükrü də çox olmalıdır. Ona görə də deyə bilərik ki, ən yaxşı paltar o paltardır ki, insanı Allahdan qafil etməsin. Zikr və şükür etməyə daha yaxın etsin. Ən yaxşı paltar o paltardır ki, insanı təkəbbürə və lovğalığa tərəf çəkməsin. Niyyət zinət və lovğanlanmaq olmasın. İnsanın zinəti batininin gözəlliyindədir.
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Qara paltar geyinmək məkruhdur. Məgər üç halda: əmmamə, çəkmə və əba”. Həzrət (ə) başqa yerdə buyurur: “Təqva paltarı zahiri paltardan daha yaxşıdır. Çünki zahiri paltar zahiri bədəni örtər. Təqva paltarı isə həm zahiri və həm də batini örtər və pak edər”.
İmam Sadiq (ə) buyurur: “İnsanın xar olması üçün bu bəsdir ki, qeyri-adi və barmaqla göstərilən paltar geyinsin və ya məşhur heyvana minsin. Allah şöhrət paltarına nifrət edər”.
Əbad Bəsri İmam Sadiqin (ə) yanına gələndə şöhrət paltarı geyinir və İmam (ə) ona buyurur: “Ey Əbad! Bu nə paltardır? Peyğəmbər (s) buyurur: “Hər kim dünyada şöhrət paltarı geyinər, Allah Qiyamət günü ona zillət paltarı geyindirər””.
İmam Kazım (ə) buyurur: “Allah yanında şöhrət paltarından daha nifrətli bir şey yoxdur”.
İmam Sadiq (ə) buyurur: “Allah iki şöhrətə nifrət edir: biri şöhrətli paltardır və o birisi isə şöhrətli namaz”.
Paltar hər bir insanın zahiri ehtiyacı olan bir şeydir ki, onu Allaha da yaxınlaşdıra bilər, Allahdan uzaqlaşdıra da bilər. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter