Nikbin düşünməyin 3 möcüzəsi hansılardır?
İmam Əli (ə) “Nəhcül-bəlağə”də insanın müsbət və qurucu sifətlərinə daha çox diqqət etmişdir. Nəinki özü belə olmuşdur, hətta başqalarını bu qurucu və müsbət sifətlərə tərəf hidayət etməyə çalışmışdır. (Tebyan)
Müsbət düşünmək üçün Allahın bu dünyada yaratdığı gözəlliklərə diqqət edək, başqalarının yaxşı işlərini yadımıza salaq və saleh əməllərin gətirdiyi fəzilətlərdən qafil olmayaq. Gələcəyə qarşı nikbin olmaq üç hala şamil olur:
1. Allah tərəfindən olan yardıma ümid bəsləmək. Bir müsəlman Allaha etdiyi təvəkkülə görə gələcəyindən ümidvardır və gələcəyə nikbin baxar. İmam Əli (ə) buyurur: “Nikbinlik odur ki, əməli xalis edəsən və büdrəmələrdən bağışlanmağa görə Allaha ümidvar olasan”. Möminin gələcəkdən iki intizarı olar: Ya İlahi nidaya “Ləbbeyk!” deyər ki, Allahın yanında olan daha yaxşıdır, ya da ruzisini bu dünyada Allahdan alar. Ona görə də müsəlman insanın gələcəyi baxışı nikbindir.
2. Başqalarından yaxşı əməllər gözləyər. İslam təlimləri sui-zənn etməyi qadağan etmişdir. Sui-zənnin mənası budur ki, insan müsəlman qardaşından pis əməllərin intizarında olsun. İnsanlara qarşı bədbin olmaq o deməkdir ki, hər an və hətta gələcəkdə belə onlardan ancaq pis əməl gözləmək. Lakin insanlara etimad bəsləmək və onlardan yaxşı əməllər gözləmək nikbinliyin əsasını təşkil edir. Bədbin insan elə bilir ki, hər kəs onun kimi ancaq pis əməl görər. İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, başqalarına bədbinliyinə görə etimad etməz. Başqaları da pis rəftar etdiyi üçün ona etimad etməz”. Bəli, bədbinlik ictimai rabitələrə mənfi təsir qoyar, insanın etimadını aradan aparar. O zaman ki, insan başqasına etimad bəsləməz, ondan həmişə pis əməl gözləyər. İmam Əli (ə) buyurur: “O zaman ki, dövrün insanlarında yaxşılıq yayılar, bu halda kimsə başqasına pis güman bəsləyərsə, halbuki o, günah etməmişdir - ona zülm etmiş olar. O zaman ki, fəsad dövrün insanlarına hakim olar, hər kəs başqasına yaxşı güman bəsləyərsə, özünü aldatmış olar”.
3. Yaxşı hadisələrin baş verməsini gözləyər. O zaman ki, müsəlman Allah tərəfindən gələn yardımı gözləyər və başqalarının da yaxşı əməllərinin intizarındadır, nəticədə məntiqi belə olar ki, gələcəkdə baş verəcəklər də müsbət hadisələr olacaqdır.
Allah Təbarəkə və Təala bizləri pozitiv düşüncəli insanlardan qərar versin. Deyerler.org