Bu dünyada məhdud zaman ərzində edilən günahlar üçün əbədi əzab verilməsi ilahi ədalətlə necə uyğun gələ bilər?
Yaxşı əməl ilə axirət mükafatı və pis əməl ilə axirət cəzası arasında bir növ səbəbiyyət əlaqəsi mövcuddur ki, ilahi vəhy vasitəsilə camaata xatırladılmışdır. Elə bu dünyada bəzi cinayətlərin uzun-uzadı və acınacaqlı təsirləri olur, məsələn, insanın özünün, yaxud başqasının gözünü bir anda kor etməsinin nəticəsi ömrünün axırına qədər kor qalmasına səbəb olur. Böyük günahlar da axirətdəki əbədi təsirlərə malikdir. Əgər bir şəxs bu dünyada onların təsirinin aradanqaldırma vasitələrini (tövbə kimi) tədarük görməzsə, onun pis nəticələri əbədi nəsibi olacaqdır. İnsanların bir anlıq törədilən cinayət vasitəsilə ömürlərinin axırına qədər kor qalmaları ilahi ədalətlə zidd olmadığı kimi, böyük günahlar sayəsində əbədi əzaba düçar olmağın da ilahi ədalətlə ziddiyyəti yoxdur. Çünki bu, günahkar şəxsin agahlıq və qəsdən etdiyi əməlin nəticəsidir. (http://www.erfan.ir).