Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərindən yazın?
Zilhiccə ayının birinci ongünlüyünün tövsiyə olunan bəzi əməllərə diqqət edək:
1. Bu ayın ilk 9 gününü oruc tutmaq. Bu orucların savabı bütün ömrü boyu tutduğu orucların savabına bərabərdir.
2. Bu on günün hamısında məğrib və işa namazları arasında iki rükətli namaz qılınır. Hər rükətdə \"Həmd\"dən sonra 1 dəfə “İxlas” surəsini, sonra “Əraf” surəsinin 142-ci ayəsi oxunur. Hər kim bu namazı qılarsa, hacıların savablarına şərik olar.
3. İlk gündən Ərəfə gününün əsrinə qədər sübh namazından sonra və məğrib namazından əvvəl İmam Sadiqdən (ə) nəql edilən bir duanı oxumaq. Bu dua \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 523-cü səhifəsində verilmişdir.
4. Hər gün ilk ongünlükdə Həzrət Cəbrayilin (ə) Həzrət İsaya (ə) Allahın hədiyyə
etdiyi duanı oxumaq. Həmin dua da \"Məfatihul-cinan\"da 525-ci səhifədə verilmişdir.
5.Hər gün İmam Əlinin (ə) buyurduğu duanı oxumaq. Bu dua da həmin kitabın 526-cı səhifəsində verilmişdir.
Birinci günün əməlləri:
1.Oruc tutmaq. Bu orucun savabı 80 ayın oruc savabına bərabərdir.
2. Həzrət Fatimənin (s.ə) namazını qılmaq. Dörd rükətli namazdır, 2 dənə ikirükətli namaz kimi qılınır və hər rükətdə \"Həmd\"dən sonra 50 dəfə \"Tövhid\" surəsi oxunur və salamdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatı deyilir. Dua edəndən sonra belə deyilir:
\"سبحان ذی العزّ الشامِخِ المُنیف، سبحانَ ذِی الجَلالِ الباذِخِ العظیم،
سبحانَ ذی المُلکِ الفاخِرِ القدیم، سُبحانَ مَن یری اَثَرَ النَملَةِ فی
الصَّفا ، سُبحانَ مَن یری وَقعَ الطَّیرِ فی الهَواءِ، سُبحانَ مَن هُوَ
هکَذا وَلا هکذا غیره\".
“Subhanə zil izziş-şamixil-munif, subhanə zil-cəlalil-bazixil əzim, subhanə zil-mulkil-faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis səfa, subhanə mən yəra vəq’ət təyri fil həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh”.
Bu dua da \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 526-cı səhifəsində verilmişdir.
3. Zalımın şərini uzaqlaşdırmaq üçün bu gündə deyilsin: \"حَسبی حَسبی حَسبی
مِن سُوالی عِلمُکَ بِحالی\". “Həsbi, həsbi, həsbi min suali ilmukə bihali”. Bu dua da \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 527-ci səhifəsində verilmişdir.
Səkkizinci gün tərviyə günüdür və bu gün oruc tutmağın fəziləti vardır. Hədislərə görə, bu oruc 60 ilin kəffarəsidir.
Doqquzuncu gecə.
Bu gecə - çox mübarək gecələrdəndir və dua gecəsidir. Bu gecədə edilən tövbələr qəbul olar. Dualar yerinə yetər. Hər kəs bu gecəni ibadət halında keçirərsə, 170 ilin ibadətinin savabını qazanar. Bu gecə üçün əməllər zikr edilmişdir:
1. Hər kim (\"Məfatih\" kitabının 527-ci səhifəsində) olan duanı bu gecə və cümə gecələrində oxuyarsa, Allah onu bağışlayar.
2. Verilən bu zikri 1000 dəfə demək: \"سُبحانَ الذَی فی السماءِ عرشُهُ،
سُبحانَ الذَی فی الارضِ حُکمُهُ، سُبحانَ الذی فی القُبُور قَضاؤُهُ،
سبحان الذی فی البَحرِسَبیلُهُ، سبحان الذی فی النارسُلطانُهُ، سبحان
الذی فی الجَنَّةِ رَحمَتُهُ، سبحان الذی فی القِیامَةِ عَدلُهُ، سبحان
الذی رَفَعَ السَّماءَ، سبحان الذی بَسَطَ الاَرضَ ، سبحان الذی لا
مَلجَاَ وَ لا مَنجا مِنهُ اِلاّ الیه\".
“Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh”.
Bu dua da \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 537-ci səhifəsində verilmişdir.
3. \"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmiş “10 təsbihat”ı oxumaq.
4. İmam Hüseyni (ə) ziyarət etmək.
Doqquzuncu gün – Ərəfə günü
Ərəfə günü - ən böyük əyyamlardan biridir. Baxmayaraq ki, bayram adını almamışdır, bu, o gündür ki, Allah öz bəndələrini ibadətə və itaətə dəvət etmişdir. Bu günü şeytanı xar etmiş və başqa vaxtlardan daha çox alçaltmışdır.
Hədislərdə oxuyuruq ki, Ərəfə günü İmam Səccad (ə) bir yoxsulun səsini eşidir ki, insanlardan kömək diləyir. İmam (ə) ona buyurur: \"Vay olsun sənə! Məgər bu cür bir gündə Allahdan qeyrisindən istəyirsən? Halbuki, bu günü Allahın fəziləti hətta dünyaya gəlməmiş uşaqlara belə şamil olur\".
Bu günün əməlləri vardır:
1. Qüsl almaq.
2. İmam Hüseyni (ə) ziyarət etmək. Bu ziyarətin savabı min həcc və min ümrə və min cihad savabına bərabərdir. Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə getməyə müvəffəq olarsa, savabı Ərəfatda olanlardan az deyildir.
3. Əsr namazından sonra “Ərəfə” duasını oxumamışdan qabaq səma altında
iki rükət namaz qılmaq və Allaha günahlarını etiraf etmək. Birinci rükətdə \"Həmd\"dən sonra \"Tövhid\" (“İxlas”) və ikinci rükətdə isə \"Həmd\"dən sonra \"Kafirun\" surəsini oxumaq.
4.Bu gün oruc tutmaq əgər ibadətlərə mane olmayacaqsa, müstəhəbdir.
5.Ərəfə gecəsində zikr edilən təsbihləri demək. Ondan sonra 100 dəfə demək: “Subhanəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər”. (“Təsbihati-ərbəə”), 100 dəfə \"Tövhid\" surəsini və 100 dəfə də \"Ayətül-kursi\"ni demək. Sonra 100 dəfə salavat demək lazımdır. Bundan sonra bu duanı oxumaq: “Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumit, və yumitu və yuhyi, və huvə həyyun lə yəmut, biyədihil-xəyru və huvə əla kulli şəy’in qədir”.
Sonra zikrlərin hər birini 10 dəfə demək:
“Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qəyyumu və ətubu iləyh” -10 dəfə
“Ya Əllahu” -10 dəfə
“Ya Rəhmanu” -10 dəfə
“Ya Rəhimu” -10 dəfə
“Ya bədiəs-səmavati vəl-ərzi ya zəl-cələli vəl-ikram” -10 dəfə
“Ya həyyu ya qəyyum” -10 dəfə
“Ya hənnanu ya mənnan” -10 dəfə
“Ya lə iləhə illə ənt” -10 dəfə
“Amin” -10 dəfə
(\"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 538-ci səhifəsində verilmişdir):
Sonra bu zikri demək: “Əllahummə inni əs’əlukə ya mən huvə əqrəbu iləyyə min həblil-vərid, ya mən yəhulu bəynəl-mər’i və qəlbih, ya mən huvə bil-mənzəril ə’la və bil-ufuqil-mubin, ya mən huvər-rəhmanu ələl-ərşistəva, ya mən ləysə kəmislihi şəy’, və huvəs-səmiul-bəsir, əs’əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd”. (\"Məfatihul-cinan\" kitabının azərbaycancaya tərcüməsinin 539-cu səhifəsində verilmişdir).
Sonra da Allahdan hacətini istəyirsən.
6. Bu günü “Ummi Davud” duasını oxumaq da tövsiyə edilir.
7. \"Məfatih\" kitabının 540-cı səhifəsindəki təsbihi demək.
8. İmam Hüseynin (ə) Ərəfatda oxuduğu duanı oxumaq (\"Məfatih\" kitabının 541-ci səhifəsində verilmişdir).
9. Cameyi-Kəbirə duasını oxumaq.
Onuncu gecə
Bu o dörd gecələrdəndir ki, əhya saxlanılması tövsiyə edilmişdir. Bu gecə səmanın qapıları açılar. Bu gecə oxunan dua: (“Ya daiməl fəzli ələl bəriyyə..” duası).
Onuncu gün (Qurban bayramı)
Əməlləri:
1. Qüsl.
2. Qurban bayramının namazı.
3. \"Səhifeyi-Səccadiyə\" dua kitabının 48-ci duasını oxumaq.
4. Nüdbə duası.
5. Qurban kəsmək.
6. Namazdan sonra bu təsbihləri təkrar etmək: “Əllahu əkbəru Əllahu əkbər, lə iləhə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil-həmd. Əllahu əkbəru əla mə hədyənə, Əllahu əkbəru əla mə razəqənə min bəhimətil-ən’am, vəl-həmdu lillahi əla mə əbləna”. (\"Məfatih\" kitabının 568-ci səhifəsində verilmişdir)
Bunlar Zilhiccə ayının on gününün əməlləridir. Allah bizlərə bu əməlləri edib, Ona yaxınlaşmaq tofiqini nəsib etsin.
Hazırladı: Məşhədi Xanım, Deyerler.org