Qiyamətin əsas sualları nələr olacaq?


Qur᾽ani Məcidin neçə yerində zikr olunub ki, peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa doğru) də”vəti üçün göndərdik, onlara (də”vəti) çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən, biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir? Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır (son peyğəmbər Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)). Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi, mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki, Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına pərəstiş edin (“Maidə” surəsinin axırı).
Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli.

QİYAMƏTİN SƏHƏRİ NE᾽MƏTLƏRDƏN SUAL OLUNAR

Sual mövzusunda başqa bir sorğu Allahın ne᾽mətləri barədədir ki, bu ne᾽mətlərlə necə rəftar olundu? (102-ci surə, 8-ci ayə) Ne”mətə şükr olunub, yoxsa yox?
Ne᾽mətlərdən sual barədə müxtəlif rəvayətlər vardır. Ne᾽mətin mərtəbələri mövcuddur. Bu ne᾽mətlərin ən mühümü Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) vilayətidir. Hətta ayədəki “mütləq soruşulan ne᾽mət” vilayətdir.
İmam (əleyhissalam) Qitadəyə buyurdu: “Ne᾽mətlər barədə mütləq sorğu-sual olunacaq” ayəsi barədə nə deyirsiniz? Ərz etdi: Su, çörək və başqa şeylərdən sorğu olunar. İmam (əleyhissalam) buyurdu: Allahın kərəmi bu sualları verməkdən daha da üstündür (yə᾽ni, Allah əsla belə suallar verməz). Əgər siz bir nəfərə süfrə açsanız, ikinci dəfə o yeməklərin sorğusunu apararsınızmı? Ərz etdi: Bəs bu ayədən məqsəd nədir? Həzrət buyurdu: Ne᾽mət biz Ali-Mühəmmədin vilayətidir.

VİLAYƏT NE᾽MƏTİ İLƏ NƏ ETDİNİZ?

Sual olunar: Siz Ali-Mühəmmədlə (Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun onun haqq vəsiləri ilə) nə etdiniz? Onların məhəbbətindən, təbiətindən nəyə yiyələndiniz? Peyğəmbər ailəsinin düşmənlərindən soruşular: Nə üçün bu ne᾽mətlə düşmənçilik etdiniz?
Əgər israfçılıq olmayıbsa, haramdan qazanmayıbsa, harama xərclənməyibsə, yeməkdən sual olunmaz. Bütün haramlar və günahların səbəbi soruşular.

HAMIDAN DÖRD NE᾽MƏT BARƏDƏ SORUŞULAR

Xüsusi soruşulacaq ne᾽mətlər də vardır. Dörd ne᾽mətin cavabı verilməzsə, kimsəyə qədəm götürməyə icazə verilməz. Bu ne᾽mətlərdən biri ömürdür, soruşular ki, harada, necə keçirib? İkincisi, cavanlıqdır, soruşular ki, özünü nələrə mübtəla edib? Üçüncü ne᾽mət var-dövlətdir, haradan qazanılıb və harada xərclənib? Nəhayət, dördüncü ne᾽mət Ali-Mühəmməd (əleyhissalam) vilayəti, ilahi qanunlar barədədir; ömrünü hansı qanunlarla yaşamısan? Məmləkətin hansı qanunlarla idarə olunub?

İBADƏTLƏRDƏN SUAL VERİLƏR

Sorğu başlanarkən ilkin soruşulacaq ibadət-namazdır. Vacib namazlar vaxtında qılınmışdırmı? “Dinin sütunu”, “Allahın əmanəti” adlandırılan bu ibadət düzgün icra olunmuşdurmu?
Sonra başqa ibadətlərdən də sorğu olar.
http://ceferiler.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter