Üzr istəmək insanı əskildərmi?


“Üzr istəyirəm” – iki sadə söz olmasına baxmayaraq, dilə gətirmək çoxları üçün çox çətindir. Yolda nə zaman biri ilə toqquşsaq və ya dükançının pulunu səhv versək, bu cümləni sadə şəkildə dilimizə gətirə bilirik. Lakin bizim üçün mühüm olan hadisələrdə bu cümləni demək çox çətin olur. Üzr istəyə bilməməyimiz də rabitələrimizə mənfi təsir qoyur – istər iş həyatında olsun, istərsə də şəxsi. (Tebyan)
Bunu da qeyd edək ki, bəzi üzr istəməklər həqiqi deyildir. Əksinə, qarşı tərəfə əziyyət verər. Yəni insan üzr istəyən zaman elə sözlərdən istifadə edir ki, qarşı tərəfə əziyyət verir. Bu cümlə kimi: “Əgər sənə əziyyət vermişəmsə, bağışla. Lakin sən məni əsəbləşdirən iş görmüsən”. Belə bir üzr istəmək şübhəsiz ki, qarşı tərəfi sakitləşdirmək yerinə, əksinə, ona əziyyət verər.
Üzr istəmək elə bir əməldir ki, insan gördüyü səhv işi etiraf edər və əməlinin məsuliyyətini boynuna götürər. İnsan üzr istəyərək qarşı tərəfə bildirər ki, çox təəssüf edir və öz rəftarını islah edəcəkdir.
Bəs niyə üzr istəmək bizim üçün çətindir?
Üzr istəmək bəzilərimiz üçün ona görə çətindir ki, qürurumuzun tapdalandığını zənn edərik. Halbuki, Məsumlar (ə) bizə öyrədir ki, qürur ağlın əleyhinədir. İmam Əli (ə) buyurur: “Aqil insan heç bir zaman məğrur görünməz”.
İmam Sadiq (ə) buyurur: “Behiştə daxil olmaz o kəs ki, ürəyində zərrə qədər təkəbbür olsun”.
Bizim üzr istəyəmizə mane olan başqa bir amil isə xəcalət hissidir. Belə ki, əgər səhv iş görmüşəmsə, onu etiraf etmək çox çətindir və buna görə də elə rəftar edəcəyəm ki, sanki heç bir hadisə baş verməmişdir.
Üzr istəməyimizə mane olan başqa bir amil isə qəzəb hissidir. Bəzən qəzəb hissimiz bizə o qədər qələbə çalır ki, öz səhvlərimizi görmürük və qarşı tərəfi günahlandırırıq. Ona görə də üzr istəmirik.
Belə ki, deyə bilərik ki, ətrafımıza ona görə belə möhkəm divar çəkirik ki, özümüzü başqalarından üstün hesab edirik və böyük görürük. Lakin, bu, yanlışdır. Biz hamımız insanıq və hamımız bəzən səhv edə bilirik. Ona görə də həyatımızda olan nöqsanları tanıyıb onları qəbul etməli və başqalarından üzr istəməyi bacarmalıyıq. Əgər belə edə bilsək, təkamül yolunda irəli gedə bilərik.
Hədislərə nəzər salan zaman görmək olur ki, Məsumlar (ə) da bizi üzr istəməyə təşviq edirlər. İmam Əli (ə) buyurur: “Üzr istəmək insanın ağıllı olmasının nişanəsidir”.
Həzrət Peyğəmbər (s) merac gecəsində Allahın buyurduqları haqqında belə danışır: “Dünya əhli pislik etdikləri insanlardan üzr istəmirlər”.
İmam Əli (ə) buyurur: “Üzrü qəbul et, əgər yalandan olsa belə”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Nə zaman kimsə sənə qarşı pis rəftar etsə, onu bağışla”.
İmam Hüseyn (ə) buyurur: “Üzr istəyən işlərdən uzaq ol, çünki mömin çirkin iş görməz və üzr istəməyə möhtac olmaz. Münafiq isə hər gün çirkin iş görər və üzr istəyər”.
Allah Təala bizləri bu mübarək tövsiyələrə riayət edənlərdən qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter