Yusif (ə) peyğəmbərin həyatından bir ibrətamiz dastan yazın?


Mömin və möminlərə müjdəli tarixi fakt, əməllərimizlə Allaha şükür edib, qürur hissi keçirək ki Allah minnət qoyub bizlərə bəndəliyini qismət edib:
Yusif (ə) Peyğəmbərin Cəbrail (ə) ilə maraqlı dastanı:

Həzrət Yusif saray eyvanından bir cavanı gördü ki, sadə paltarla sarayın kənarından keçirdi, Cəbrail (ə) dedi: Bu
cavanı tanıyırsan?
Həzrət Yusif (ə) buyurdu: Xeyr.
Cəbrail (ə) buyurdu: Bu elə o körpə qundağ uşaqdır ki, beşikdə (Zuleyxə fitnəsindən səni amanda saxlamaq üçün) şəhadət vermək üçün dilə gəldi və Misrin əzizi qarşısında sənin paklıq və iffətinə şəhadət verdi. ...

Həzrət Yusif (ə) buyurdu: Onun mənim boynumda haqqı var. Nəticədə əmr verdi, cavanı gətirdilər, əmr verdi ki, onu bahalı paltarla geyindirdilər və ona çoxlu hədiyyələr bağışladı. ...

Cəbrail (ə) bu mənzərəyə baxmaqla gülümsədi!
Həzrət Yusif (ə) buyurdu: Mənim hədiyyələrim az idi ki, təhqir baxışla gülümsədin?!

Cəbrail (ə) dedi: Mənim təbəssümümdən məqsəd budur ki, sən ki məxluqsan və sənin haqqında uşaqlıqda istəmədən (Allahın əmri ilə) paklığına şəhadət verən uşağa bu qədər hədiyyə və ehsan etdin. Buna nəzər salmaq lazımdır ki, Böyük Allah o bir şəxsin haqqında nələr hədiyyə verəcək ki, bir ömür Tövhidə və Allahın təkliyinə bilərəkdən şahadət verir.
(Nəhavəndinin Xəzinətul-Cəvahir kitabının mətnindən tərcümə).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter