İmam Rza (ə) rəvayətlərindən bir neçə sualımı cavablandırın?


İmam Rzanın (ə) hədislərində bir neçə sualın cavabı belə gəlmişdir:
1-Allah nədir və haradadır?
Cavab: Diqqət olunsa Allah haqqında bu sual və baxış səhvdir. Çünki Allah məkanı yaradandır və özünün bu məhdud məkana ehtiyacı yoxdur deyə məkanda yerləşməmişdir, və nəlikləri yaradan odur zəif olanlar kimi Allahın olmasını düşünmək səhvdir, buna görə məxluqların ehtiyacı olanlara nəzər salaraq Allahın haqqında oxşadaraq belə sual soruşmaq düzgün deyildir.

2-Mümkündürmü Allahı bizim üçün tanıtdırasınız?
Cavab: Hər kim Allahı müqayisə edərək tanıtdırmaq istəsə, səhv yolda addımlamış olar və hər nə Allaha nisbət versə İslam maarifi ilə uyğun deyildir. Mən Allahı o bir şeylərlə ki özü tanıtdırmışdır tanıtdırıb, tərifləyirəm. Ondan bir görüntü və zehində bir forma vermək mümkün deyildir, hisslərlə dərk olunmazdır, məxluqlara oxşamaz, uca dərk olunmaz olmağına baxmayaraq hamıya yaxındır! Hökm və qəzavətində heç kimə zərrə qədər zülm etməz. Aləmlərdə olan qəribəlikləri və nişanələri ilə (varlığı) tanınır.

3-Yəqin nədir?
Cavab: Yəqin- Allaha təvəkkül edib, onun iradə və istəkləri qarşısında başəyməkdir.
Bu kitablarda daha geniş sualların cavablarını tapmaq mümkündür:
1- مسند الامام الرضا (ع) ج 1 ص 47- 10
2- مسند الامام الرضا (ع) ج 1 ص 227
3- مسند الامام الرضا ج 1 ص 258
4- مسند الامام الرضا (ع) ج 1 ص 258
5- مسند الامام الرضا (ع) ج 1 ص 285
6- مسند الامام الرضا (ع) ج 1 ص 315
7- عيون اخبار الرضا (ع) ج 2 ص 81


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter