İmam Sadiq (ə)-in hədisində ölümdən sonra hansı əməlləri davamlı fayda verici tanıtdırır?


İmam Sadiq (ə): “Altı əməl vardır ki, insan öləndən sonra da ondan faydalana bilər:
1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad; 2. Özündən sonra oxunan Quran (Quran oxumağı öyrətdiyi tələbələrin Quran oxuması); 3. Camaatın istifadəsi üçün qazdığı və ya qazdırdığı quyu; 4. Əkdiyi ağac; 5. Ehsan niyyəti ilə çəkdiyi və ya çəkdirdiyi su; 6. Özündən sonra (yadigar qoyduğu və) camaatın əməl etdiyi gözəl sünnət (adət-ənənə)”. \"Əl-Xisal\", s. 323


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter