Özünü islah etməyə mane olan 7 amil nələrdir?


Bəzən elə olur ki, insan namaz qılır, oruc tutur, ibadət edir, lakin mənəvi məqamını qaldıra bilmir. Səbəbi budur ki, ibadəti həqiqi deyildir. Onun qarşısında maneələr vardır. O, saədət və mənəvi məqama çatmaq üçün bu maneələri tanımalıdır ki, aradan qaldıra bilsin. (Tebyan)
Hər bir insanın batinində fitri hidayət mövcuddur. Hər bir insan mənəvi məqama, yəni kamala çatmaq qabilyiyətinə malikdir. Lakin buna mane olan amilləri tanısaq, onları aradan qaldıra bilərk.
İmam Baqir (ə) buyurur: “Heç bir üstünlük və fəzilət cihad kimi deyildir. Heç bir cihad da qədr və məqam baxımından nəfs cihadına bərabər deyildir”.
Maneələr bunlardır:

1. Günah.
İnsanın inkişaf etməsinə mane olan ən böyük amil - günahdır. Günah insanı heyvandan da aşağı səviyyəyə sala bilir. Ürəyini qaraldır və insanı günaha adət etdirir. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan günaha düçar olar, ürəyində bir qara nöqtə yaranar. Əgər günahdan tövbə etsə, həmin nöqtə məhv olar. Əgər günaha davam edərsə, bu qara nöqtə tədricən böyüyər və ürəyin hər yerinə qələbə çalar. Bu halda heç bir zaman xilas olanlardan olmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü olan zaman Allah mənim bəzi ümmətimə qanadlar verər ki, qəbirlərindən uçarlar. Behiştə tərəf gedərlər. Orada nemətdən bəhrələnərlər. Mələklər onlardan soruşar: “Siz hesab verdiniz?”. Deyərlər: “Bizim hesabımız yox idi”. Soruşarlar: “Siratdan keçdiniz?”. Deyərlər: “Biz Siratı görmədik”. Mələklər soruşar: “Siz kimin ümmətindənsiniz?”. Deyərlər: “Biz Muhəmməd (s) ümmətindənik”. Soruşarlar: “Dünyada olan zamana əməliniz nə idi ki, bu cür böyük məqama çatmısınız?”. Deyərlər: “Bizdə 2 sifət var idi ki, Allah bu məqamı bizə vermişdir: Allah bizə dünyada qismətimizi nə etmişdisə, ona razı olmuşuq. İkincisi isə əgər xəlvətdə günah üçün zəminə yaranardısa, Allahdan həya edərdik və günaha batmazdıq””.

2. Dünyaya bağlanmaq.
İkinci maneə - dünyaya bağlanmaqdır. Bu bağlılıq insanın mənəvi məqama çatmağına mane olar.

3. Nəfsani istəklərin ardınca getmək.
Nəfsani istəklər insanı Allahdan qafil edər. İmam Əli (ə) buyurur: “Yaxşı olar ki, insan həmişə ürəyinə nəzarət etsin və dilini qorusun”.
Rəhmətlik İmam (r) buyurur: “İnsan həkim və mehriban tibb bacısı kimi halına nəzarət etməlidir. Üsyankar nəfsinin yüyənini əldən verməməlidir. Hər bir halda Allaha şeytanın şərindən və əmmarə nəfsdən pənah aparmalıdır”.

4. Çox yemək.
Hər kim ancaq qarnını doldurmaqla məşğul olar, Allahı necə xatırlaya bilər ki? Səhər yeməyini yeyən kimi naharı düşünər və sonra da şamı. Qarnı dolu olan insanın ibadət üçün hövsələsi olmaz.
İmam Sadiq (ə) Əbu Bəsirə buyurur: “Qarın çox yeməyə görə tüğyan edər. Bəndənin Allaha yaxın halı o zamandır ki, qarnı boş olsun. Ən pis halı o zamandır ki, qarnı dolu olsun”.

5. Çox danışmaq.
Az danışmaq ağlın çoxluğundan xəbər verər. İnsan gərək zəruri hallarda danışsın. Bu İlahi neməti zay etməsin. İmam Əli (ə) buyurur: “O zaman ki, Allah bəndəsinin yaxşılığını istəyər, söz azlığını, yemək azlığını, yuxu azlığını ona ilham edər”.
İmam Rza (ə) buyurur: “Üç şey dərkin əlamətidir: səbir, elm və sükut. Sükut hikmət qapılarındandır. Sükut məhəbbətə səbəb olar və hər bir xeyirin səbəbidir”.

6. Özünü sevmək.
İnsan bütün ibadətlərini edər və sonra başa düşər ki, bütün bunlar axirət savabına görə olmuşdur. Bu, özünü sevməkdən qaynaqlanır. Baxmayaraq ki, insan behiştə gedər, ancaq şühud məqamına çatmaz. Ona görə də insan etdiyi hər biri işi Allah rizası üçün etməlidir.

7. İradə süstlüyü.
İnsanın özünü tərbiyə etməsinə mane olan ən mühüm amil – iradə süstlüyüdür. İnsan bu yola qədəm basacağını qərara alır. Ancaq şeytanın vəsvəsəsi ilə qarşılaşır və şeytan ona deyir ki, bu yol çətindir, gedə bilməzsən, qayıt. İnsan bu yolda müvəffəq olmaq üçün Allaha təvəkkül etməli, səy göstərməli və təqvalı olmalıdır. Allah Təbarəkə və Təala buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).
İmam Əli (ə) buyurur: “Süstlüyü əzmlə müalicə edin”.
Allah Təala bizləri özünü islah edənlərdən qərar versin. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter