İmam Sadiqin (ə) nəsihətlər bulağından bir hədis qeyd edin?
İmam Sadiqin (ə) İslam ümmətinə xidmət edən şəxsin məqamı haqqında buyurduğu hədisi:
عَنْ زَيْدٍ الشَّحَّامِ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ(ع) يَقُولُ مَنْ تَوَلَّى أَمْراً مِنْ أُمُورِ النَّاسِ فَعَدَلَ وَ فَتَحَ بَابَهُ وَ رَفَعَ سِتْرَهُ وَ نَظَرَ فِي أُمُورِ النَّاسِ كَانَ حَقّاً عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ يُؤْمِنَ رَوْعَتَهُ يَوْمَ الْقِيَامَةِ وَ يُدْخِلَهُ الْجَنَّةَ
Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət İmam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir. (Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsi).