İslam Peyğəmbərinin (s) səhabələrindən on nəfərə behişt müjdəsinin verilməsi”- rəvayəti səhihdirmi?


Əhli-sünnə rəvayətlərinin mənabelərində belə bir rəvayət vardır. O cümlədən, “onluq müjdəsi” və o rəvayətdə deyilir ki: “İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on nəfərə behişt müjdəsi verib.” Onlar bu şəxslərdən ibraətdir: Əbu Bəkr, Ömər, Əli (əleyhissalam),Osman, Təlhə, Zübeyr, Səid ibn Əbi Vəqqas, Əbdür-Rəhman ibn Ovf, Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl, Abdullah ibn Məsud.
Amma, şiə almiləri belə bir rəvayəti qəti dəlillərlə rədd edir və rəvaətin saxta olmasını isbat edir.[ii] Bu rəvayətin rəddi və düzəltmə olmasının dəlillərindən bir neçəsini qeyd edirik:
1.Araşdırmalar nişan verir ki, bu rəvayəti ilk dəfə Səid ibn Zeyd[iii] və Zübeyr (necə nəql etməsini qedy edəcəyik) özləri də bu onluq mujdəsində olan halda nəql ediblər. Bu halda, heç kəs bu səhabədən soruşmadı ki, nə sirr olub bu vaxta qədər belə bir hədisi nəql etməmisən?! Necə ola bilər ki. bir rəvayətdə həm Əli (əleyhissalam) və həm də ona beyət etməkdən boyun qaçıran ( və onunla müharibə edənlər) bir yerdə behiştdə olurlar!? Səid ibn Əbi Vəqqas və sairləri o Həzrətin əleyhinə silahlı qiyam etmişlər. Məsələn, Təlhə və Zübeyr.
2. Bəzi şiə mənabelərində var ki, hadisələrin birində Zübeyr “onluq müjdəsini” İmam Əlinin (əleyhissalam) yanında nəql edir. Həzər Əli (əleyhissalam) rəvayəti rədd edir və qəbul etmir. Hadisə belə nəql olunur: Əmirəl-möminin Əli (əleyhissalam) Cəməl döyüşündə Bəsrə əhli ilə üzləşir və Zübeyri səsləyib buyurur: “ Ey Əba Əbdullah![iv] Çölə gəl!” - Həzrətin əshabı İmama (əleyhissalam) xitab edib dedilər: Ya Əmirəl-möminin! Beyətini pozmuş Zübeyrin yanınamı gedirsən, halbuki, o əlində silah, atlı, şəmşir çəkib, sən isə qatıra minmisən və silahsızsan!? Həzrət Əli (əleyhissalam) buyurdu: “ Mənim üçün Allah-Taala tərəfindən qoruyucu vardır və heç kəs? heç vaxt yetişcək əcəlindən qaça bilməz. Mən yalnız, bü ümmətin ən alçaq şəxsinin əli ilə qətlə yetiriləcəm. Necə ki, Salehin dəvəsini Səmud qövmünün ən alçaq şəxsi öldürdü.”
Zübeyr qarşıya çıxır. İmam Əli (əleyhissalam) üzünü ona tutub buyurur: “Təlhə hanı? O da qarşıya çıxsın!” Təlhə də qoşun içindən qarşıya çıxır. Sonra O Həzrət buyurur: “Sizi Allaha and verirəm! Siz iki nəfər və Məhəmmədin elm əhlindən olanlar və Əbu Bəkrin qızı Ayişə bilirsiniz ki: Cəməl əshabı və Nəhrəvan əhli İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) dili ilə lənətlənmişdir?! Hər kəs yalan deyirsə, ziyankarlardandır!”
Zübyer cavab verir: Biz necə lənət oluna bilərik ki, halbuki biz behişt əhlindənik?! Həzər buyurur: “Əgər mən bilsəydim ki, siz behişt əhlindənsiniz, sizinlə döyüşü halal bilməzdim!” Zübeyr cavab verir: Məgər Ühüd döyüşü günü Peyğəmbərdən (sələllahu ələyhi və alihi və səlləm) eşitmədin ki, buyurdu: “Təlhə behiştə layiqdir?!” və “hər kəs istəsə ki, yer üzündə diri olan halda, behiştdə gəzən şəhidə baxmaq istəsə, Təlhəyə baxsın!? “ Məgər Peyğəmbərdən (sələllahu ələyhi və alihi və səlləm) eşitmədin ki buyurdu: “Qureyşdən on nəfər behiştlikdir?!”
Əmirəl-möminin (əleyhissalam) buyurdu: “Onların adlarnı mənə söylə!” Zübeyr dedi: Əbu Bəkr, Ömər, Osman, mən, Təlhə .. tainki doqquz nəfərin adını sayır. Onların arasında Əbu Übeydə Cərrah və Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl də var idi.
Həzrət Əli (əleyhissalam) buyurur: “Doqquz nəfərin adın dedin. Onuncu kimdi?” Zübeyr cavab verir: Onuncu sənsən! Hzərət buyurur: “ Bəs, sən iqrar edirsən ki, mən behişt əhliyəm? Amma, mən sənin özün və dostların haqqında dediklərini inkar edirəm. Allaha and olsun, adlarını çəkdiyin bəzi şəxslər hal-hazırda tabutda cəhənnəmin ən dərin quyusunda atəşin içindədirlər. O quyuda elə bir daş var ki, Allah-taala hər vaxt cəhənnəmi atəşlə şölələndirmək istəsə, o daşı qaldırar və cəhənnəm atəşlə şöləvər olar. Mən bu mətləbi İslam Peyğəmbərindən (sələllahu ələyhi və alihi və səlləm) özüm eştimişəm. Yoxsa yalansa, Allah-Taala səni mənə qalib qərar versin və mənim qanımı sənin əlinlə töksün! (yox əgər, Mən düz deyirəmsə) Məni sənə və dostlarına qalib qərar versin!” Zübeyr bu sözdən sonra qaydır habluki, ağlayırdı.[v]
3. Bütün bunalardan sonra İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) müxtəlif hadislərdə bəzi möminləri behiştlə mügdələmişdir. Məsələn, dəfələrlə buyurmuşdur: “İmam Əli (əleyhissalam) və şiyələri behiştdə olacaqlar.” [vi] Yaxud, digər bir rəvayətə əsasən , Həzrət buyurur: “Behiş dörd nəfərin müştaqıdır. Əli ibn Əbi Talib, Əmmar, Salman və Miqdad”[vii] halbuki, “onluq müjdəsin”də Əmirəl-möminin Əlinin (əleyhissalam) dostlarından heç birin adı gəlməmiş və İmamın (əleyhissalam) özünün adının o qədər iftixarlı adlardan sonra inkar olunmaz olduğuna görə məcbur olaraq, hədisin ortasında yerləşdirilmişdir.
Həmçinin, İmam Əlinin (əleyhissalam) adının hədisdə gətirilməsi ilə hədisi düzgün nişan verələr. Necə də bir-birinə zidd olan insanları məharətlə bir yerə yığıblar!? İmam Əli (əleyhissalam) ilə zalımcasına müharibə edən bir şəxsin yeri behişt ola bilərmi? Halbuki, bilirik ki İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) buyurub: “Hər kəs Əli ilə vuruşsa, sanki mənimlə vuruşub.”[viii]
Zübeyr həmin kəsdir ki, Ömər onun haqqında belə deyir:”Amma, sən ey Zübeyr! Bədəxlaq və tamahkarsan! Xoşhal olanda mömin, qəzəblənəndə kafirsən! Bir gün insan, başqa gün şeytansan! Əgər bir gün hökumət sənin əlinə düşsə, məkkədə bir peyman arpadan ötrü dava-dalaş düşər. Amma, əgər hökumət sənin öhdənə qoyulsa, ey kaş biləydim ki, o günü sən şeytan olanda, cammat kimin öhdəsində olacaq!? Qəzəbə gələndə kimin öhdəsində? Onu bil! Nə qədər ki, sənin belə sifətin var, Allah-taala heç vaxt bu hökuməti sənin ixtiyarında qoymaz!”[ix]
Həmçinin, Təlhə həmin şəxsdir ki, Cəməl döyüşünün ortasında Əmirəl-Möminin Əli (əleyhissalam) ona and verir ki, Vilayət (Qədir Xüm) hədisini mənim haqqımda eşitməmisən?! O cavabında, yaddaşının zəif olması bəhanəsi ilə bu hədisin təsdiqindən qaçır.[x] Nəticədə, Mərvan tərəfidən atılan oxla (Osmanın qanının alnması bəhanəsi ilə) döyüş meydanında həlak olur.[xi] Halbuki, zəmanəsinin İmamının göstərişindən çıxmış və Ona qarşı qiyam etmişdir. Görəsən, hazırda öz İmamına qarşı qiyam etdiyi İmamla bir yerlda behiştdədirmi?!
Həmçinin. Nəql olunur ki, “ Əhzab surəsinin 53-cü ayəsi[xii] nazil olanda, Təlhə bir dəstənin içində deyir: Onların bu günkü hicabı İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) üçün nə faydası var?! Sabah Peyğəmbər (sələllahu ələyhi və alihi və səlləm) dünyadan gedən kimi Ayişəni özüm öz əqdimə gətirəcəm.” İslam Peyğəmbəri (sələllahu ələyhi və alihi və səlləm) bu sözü eşidir və çox narahat olub əziyyət çəkir.[xiii]
Bütün bunlarla belə, necə iddia etmək olar ki, “onluq müjdəsinə” əsasən, bütün bu insanlar hamısı behiştdə qərar tutub, nurani əməl dəftərləri vardır?!

Бејhəqi, Əhməd ibn Hüseyn, Əl-etiqad vəl-hidayət ila səbilir-rəşad, əla məzhəbis-sələf və əshabil-hədis; təhqiq; Katib, Əhməd Hisam, səh.322, Darul-afaqul-hədidə, Beyrut, birinci çap, 1401; Hakim Nişapuri, Məhəmməd ibn Abdullah, Əl-Müstədrək ələs-Səhiheyn, təhqiq; Əta. Mustafa Əbdul-Qadir, c.3; səh.498; Darul-kutubul-elmiyyə, Beyrut, birinci çap, 1411 h.q; Zəhəbi, Şəmsud-Din, Məhəmməd ibn Əhməd, Seyir Əlamin-Nübəla, c.1; səh.104; Müəssisətur-Risalət, Beyrut, üçüncü çap, 1405 h.q
[ii] Həsəni Razi, Seyyid Mürtəza ibn Daii, Təbsirətül-əvam fi mərifəti məqalati ənam, səh.242-244; Əsatir nəşriyyatı, Tehran, ikinci çap, 1364 şəmsi ili; Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir fi kitabis-sünnə vəl-ədəb, c.10; səh.162-183; Mərkəzil-Ğədir lid-dirasatil-islamiyyə, Qum, birinci çap, 1416 h.q
[iii] Rvayətin sənədi belədir:”Hədisi bizə nəql edir; Saleh ibn Mismar Əl-Mirvəzi, O da nəql edir ki, bizə ibn Əbi Fədik nəql edir,Musa ibn Yəqubdan, o da Ömər ibn Səiddən, o da Əbdür-Rəhman ibn Həmiddən, o da atasından ki, həqiqətən, Səid ibn Zeyd bu hədisi bir nəfərə belə nəql edir ki, həqiqətən, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: “On nəfər cənnətdədir. Əbu Bəkr cənnətdədir, Ömər cənnətdədir, Osman, Əli, Zübeyr, Təlhə, Əbdür-Rəhman, Əbu Əbidə, Səid ibn Əbi Vəqqas” ; Termizi, Məhəmməd ibn İsa, Sünən Termizi, c.5; səh.648; Şirkətu məktəbəti və mətbəti Mustəfa Əl-Bani əl-Hələbi, Misr, ikinci çap, 1395 h.q
[iv] Əba Abullah burda Zübeyrin künyəsidir.
[v] İbn Öqdə Kufi, Əhməd ibn Məhəmməd, Fəzail Əmiril-möminin (ədeyhissalam), mühəqqiq və düzəliş verən; Hirzd-Din Əbdür-Rəzzaq, Məhəmməd Hüseyn, səh.166-167; Dəlil ma, Qum, birinci çap, 1424 h.q; Şeyx Mufid, Əl-Kafiyə fi ibtali tövbətul-xatiə, mühəqqiq və düzəliş verən: Zamani Nijad, səh.24-25; Konqrei Şeyx Mufid, Qum, birinci çap, 1413 h.q; Xəzzaz razi, Əli ibn Məhəmməd, Kifkayətul-əsər fi nəssi əla əimmətil-isna əşər, mühəqqiq və düzəliş verən; Hüseyni Kuhkəməri. Əbdül-Lətif, səh.114-115; Bidar, Qum, 1401 h.q; Hilalai, Süleym ibn Qeys Əl-Hilalai, mühəqqiq və düzəliş verən: Ənsari Zəncani, Xuini, məhəmməd, c.2; səh.798-799; nəşr Əl-Hadi, Qum. Birinci çap, 1405 h.q; Təbərsi, Əhməd ibn Əli, Əl-Ehticac əla əhlil-licac, mühəqqiq və düzəliş verən; Xorasan, məhəmməd Baqir, c.1; səh.162; nəşr Murtəza, Məşhəd, birinci çap, 1403 h.q
[vi] Təbəri Amuli Kəbir, Məhəmməd ibn Cərir ibn Rüstəm, Əl-Müstərşid ft İmaməti Əli ibn Əbi Talib (əleyhissalam), mühəqqiq və düzəliş verən; Məhmudi, Əhməd, səh.401; Kuşanpur, Qum, birinci çap, 1415 h.q; Bəhrani Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, c.5; səh.347; Bünyad Besat, Tehran, birinci çap, 1416 h.q; Əbu Nəim İsfahani, Əhməd ibn Əbdullah, Hilyətül-övliya və təbəqətul-ovsiya, c.4; səh.329; Əs-Səadət, Bicvari mühafizətu Misr.1394 h.q; İbn Məğazəli, Əli ibn Məhəmməd, Mənaqib Əmirəl-möminin, Əli ibn Əbi Talib rəziyəllahu ənh, mühəqqiq və düzəliş verən: Vadii əbu Əbdur-Rəhman Turki ibn Abdullah, səh.305, 357; Darul-asar, Səna, birinci çap, 1424 h.q
[vii] Şeyx Səduq, Əl-Xisal, mühəqqiq və düzəliş verən: Ğəffari, Əli Əkbər, c.1; səh.303; Dəftər intişarat İslami, Qum, birinci çap, 1362 şəmsi ili, İbn Kəsir Bəsri, İsmayıl ibn Ömər, Cameul-məsanid vəs-sünənil-hadi iəqvəmi sünən,c.3; səh.495; Dar həzr littəbaəti vən-nəşr vət-tozie, Beyrut, ikinci çap, 1419 h.q; İbn Əsir Cəzri, Məcdud-Din Əbus-səadat əl-mübarək ibn Məhəmməd, Cameul-üsul fi əhadisilr-Rəsul (s), c.8; səh.565; Məktəbətul-Həlvani, Mətbətul məlah, məktəbətu Darul-Bəyan, birinci çap, 1392 h.q
[viii] Xəzzazi Razi, Əli ibn Məhəmməd, Kifayətil-əsər fi nəssi ələl-əimmətil-isna əşər, mühəqqiq və düzəliş verən; Hüseyni Kuhkəməri, Əbdül-Lətif, səh.181; Bidar, Qum, Qum, 1401 h.q; Şeyx Səduq, Etiqadatul-İmamiyyə, səh.105; Konqireyi Şeyx Mufid, Qum, ikinci çap,, 1414 h.q
[ix] İbn Əbil-Hədid, Əbdül-Həmid ibn Hibətullah, Nəhcül-Bəlağənin şərhi, mühəqqiq və düzəliş verən; İbrahim, Məhəmməd Əbul-Fəzl, c.1; səh.185; Məktəbu ayətullah Mərəşi Nəcəfi, Qum, birinci çap, 1404 h.q
[x] Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Müstədrək ələs-Səhiheyn, təhqiq: Əta, Mustəfa Əbdul-Qadir, c.3; səh.419; Darul-kutubul-elmiyyə, Beyrut, birinci çap, 1411 h.q; Heysəmi, Əli ibn əbi Bəkr, Kəşfil-əstar ən zəvaidul-bəzzaz, təhqiq; Əzəmi, Həbibur-Rəhman, c.3; səh.186, 187; Müəssisətülr-Risalə,Beyrut, birinci çap, 1399 h.q
[xi] İbn Əbdül-Birr, Yusuf ibn Abudallah, Əl-İstiab fi mərifətil-əshab, təhqiq; Əl-Bəhavi, Əli Məhəmməd, c.2; səh.766; Darul-ceyl, Beyrut, birinci çap, 1412 h.q; Bilazəri, Əhməd ibn Yəhya, Ənsabul-Əşraf,təhqiq; Zekar, Suheyl, Zirkeli, Ribaz, c.2;səh.246-247; Darul-fikr, Beyrut, birinci çap, 1417 h.q
[xii] “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə də’vət olumadan) girib onun bişməsini gözləməyin. Lakin də’vət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!”
[xiii] Qurtəbi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamul-Quran, c.14; səh.228; İntişarat Nasir Xosrov,Tehran,birinci çap, 1364 şəmsi ili


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter