Tövbənin açdığı 8 qapı nələrdir?


İslam dininin ən mühüm mövzularından biri - günahı tanımaq və onu aradan qaldırmağın yolları mövzusudur. İnsanların bir çoxu günah işlədir, ancaq bu günahlarının çirkin aqibətindən amanda qalmağı hamı istəyir. (Tebyan)
Şeytanın (lən) insan üçün qurduğu tələlərdən biri - bəndələri günaha batırmaq və sonra da tövbə qapısını üzlərinə bağlamaqdır. Halbuki, Allah Təala tövbə qapısını həmişə bəndələrinin üzünə açıq qoymuşdur. “(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!”. (“Hicr” 49).
Allah Təala bir çox ayələrində insanları tövbə etməyə dəvət etmiş və onun gətirdiyi bərəkətlərdən söz açmışdır. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).
Allah Quran ayələrində tövbə edənlərə 8 bərəkəti vəd edir:

1. Bağışlanma müjdəsi.
Allahın günahkar insanlara verdiyi birinci vədi odur ki, günahlarını bağışlayacaqdır.

2. Səmadan bərəkət endirəcəkdir.
Allah günahkar bəndəsini bağışlamaqla ona səmədan çox sayda bərəkət endirər. Allah insanlara həm maddi və həm də mənəvi nemətlər əta edər. “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).

3. Ruzisi artar.
İnsan günah işlədən zaman ruzi qapıları bağlanar, bu qapılar ancaq tövbə və istiğfar edərək açıla bilir. İnsan tövbə edərək bağlanmış bu ruzi qapılarını açmış olar.

4. Dünya həyatında övladlardan bəhrələnmək.
Dünyada elə insanlar vardır ki övlad nemətindən məhrumdurlar. Bu Quran ayələri (“Nuh” 12) buyurur ki, əgər tövbə etsəniz, dünyada olan zaman övlad nemətindən bəhrələnə biləcəksiniz.

5. Dünya və axirətləri abad olar.
Allah tövbəyə görə bəndəsindən bir çox bəlaları uzaqlaşdırar. Onun ən bariz nümunəsini Hərət Yunusun (ə) qəbiləsində müşahidə etmək olar.

6. İnsanın cismi və ruhi qüvvəsi artar.
Günahların bir çoxu insanı həm ruhi və həm də cismi cəhətdən zəiflədər və süst edər. Lakin insan tövbə edərək bu günahlardan təmizlənər və günahları məhv olduğu üçün ruhu və cismi güclənər. Allah Təala Həzrət Huda (ə) belə tövsiyə verir: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).

7. Qəm və qüssə aradan gedər.
Əhli-beytin (ə) nəzərində qəm və qüssədən xilas olmağın ən yaxşı yolu - istiğfar etmək və Allahdan üzr istəməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin qəm və qüssəsi çoxdur, gərək çoxlu istiğfar etsin”.

8. Borcdan nicat tapar.
Əhli-beytin (ə) nəzərinə görə istiğfar insanı hər cür çətinlikdən xilas edə bilən yollardan biridir. Bunun üçün çoxlu istiğfar etmək lazımdır, istər gecə olsun, istərsə də gündüz. Bir nəfər İmam Baqirə (ə) məktub yazır ki, çoxlu borcum vardır və Həzrət (ə) ona belə cavab yazır: “Çoxlu istiğfar et və dilini “Qədr” surəsilə təzələ”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter