İnsanlarla insaflı rəftarın meyarı nədir?


İnsaf - insan əxlaqının ən gözəl sifətlərindən biridir. Ədaləti yerinə yetirmək, insanların haqqını etiraf etmək və əda etmək mənasını verir. İnsaflı insan hər xeyiri ki, özü üçün istəyər, başqaları üçün də istəyər. O ziyanı ki, özü üçün bəyənməz, başqaları üçün də bəyənməz. (Tebyan)

“O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər”. (“Mutəffifin” 2-3).

Oğru adətən bir evə girmək istəyəndə gecə gələr. Lakin bəzi tacirlər günün günorta zamanı insanların malını gözü qarşısında oğurlayırlar.
Quran bizə tövsiyə edir ki, o zaman ki, insanlara tərəzi ilə bir şey satırsınız, tərəzini doldurun və əskik verməyin. Yəni, demir ki, onlara əlavə mal verin, deyir ki, verdikləri pulun müqabilində onlara düzgün mal satın, az deyil. Xüsusilə də əgər tərəzidə çəkilən şeydirsə, buna diqqət edin.
Hətta əgər Allaha inanmayan birindən soruşsan ki, bir şəxs səni mal alan zaman aldatsa, xoşuna gələrmi? Cavab verər ki, yox, çünki oğrudur, malı oğurlayır.

Quranda yenə buyurulur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (“Munafiqun” 9).

Çox maraqlıdır ki, övlad maldan sonra zikr edilmişdir. Yəni insanı daha çox qəlfətə sala bilən mal-sərvətdir. Bəzən mal və sərvətə o qədər qərq oluruq ki, halal və haramı, insafı unuduruq.

Lakin elə tacirlər də vardır ki, işlərində düzgündürlər və Allahı heç bir zaman unutmurlar. “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar”. (“Nur” 37).

Həzrət Peyğəmbər (s) həqiqi möminin sifətlərindən birinin insaf olduğunu həmişə vurğulayırdı: “Hər kim yoxsulla həmdərd olar, insanlarla insaflı rəftar edər - həqiqi mömindir”.

İmam Əli (ə) buyurur: “Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”.

İmam Sadiq (ə) buyurur: “Ən üstün əməl üç cürdür: insanlara qarşı insaflı olmaq o yerə qədər ki, özün üçün istədiyini onlar üçün də istə. Qardaşına malda yardım etmək və hər bir halda Allahı yada salmaq”.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlarla insaflı rəftar et, onlara qarşı xeyirxah və mehriban ol. Çünki əgər belə olsan, Allah yaşadığın diyara qəzəblənsə və onlara əzab göndərmək istəsə, sənə nəzər salar, sənə xatir insanlara rəhm edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə ən çox bənzəyən insandan xəbərdar edimmi?”. Deyirlər: “Bəli”. Buyurur: “Xoş əxlaqlı, mülayim, qohumlarına qarşı yaxşı əməl sahibi, din qardaşlarına qarşı sevimli, Haqqa qarşı səbirli, qəzəbini yatızdıran, güzəşt edən, xoşluq və qəzəbdə daha insaflı olandır”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu işlərdən birini İlahi dərgaha apararsa Allah behişti ona vacib edər. Yoxsulluqda infaq, hamıya qarşı gülərüz olmaq, insaflı rəftar”. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter