Sükut etməyin 7 faydası hansılardır?
Həzrət İmam Sadiq (ə) bizləri sükutun gətirdiyi 7 fayda ilə tanış edir, onlara işarə edək:
1. Dünya və axirətdə rahat olmaq.
Sükut - dünya və axirətdə rahat olmağın açarıdır. Çünki sükut edən insan dünyada bir çox şər və ziyan gətirən işlərin mənbəyi olan yersiz danışmaqdan amanda qalar. Axirətdə isə dilin gətirdiyi günahlardan amanda qalar. İlahi rəhmətin sayəsində gözəl əbədi həyatı olar. Yersiz və boş sözlər, səhv danışıqlar, deməli olmadığını demək bir zəncir kimi insanı əsir alar və əl və ayağını elə bağlayar ki, nicat tapa bilməz. (Erfan)
2. Günahdan uzaq olar.
Az danışmaq, xüsusilə də susmaq xatadan uzaq qalmağa yardım edər. Çünki günahların əskər hissəsi dil vasitəsilə olduğuna görə, əgər dili həbs etsə, insan günahdan amanda qalar. Allah sükutu cahillər üçün eyblərini gizlətmək vasitəsi qərar vermişdir. Alimlər üçün isə zinət vasitəsi qərar vermişdir. Cahil elmsiz olduğu üçün o zaman ki, sükut edər, daxili halı insanlardan gizli qalar. Bu sükuta görə rüsvaydan uzaq olar. Alim hər nə desə həqiqətdir, buna baxmayaraq sükutu onun üçün vüqar və zinətdir.
3. Nəfsani istəkdən uzaq olmaq.
Sükut bir çox nəfsani istəklərdən uzaq olmağa yardım edər. İnsan başqaları haqqında eşitdiyi nahaq sözlərdən ləzzət alar. Sükut bu kimi ləzzətlərdən uzaq olmağa yardım edər. Nəfsani istəklərin bir çoxu dildə bəyan edildiyinə görə sükut qarşısını alar.
4. Nəfsi tərbiyə etmək.
Sükut edən zaman insan öz nəfsini tərbiyə edər. İnsan öyrənir ki, əgər dilini saxlayarsa, bir çox böyük günahlardan çəkinə bildiyi kimi, başqa bədən üzvlərini də günahlardan qoruya bilər. Allaha qovuşmaq istəyən hər bir kəs dilini tərpədən zaman ancaq Allah kəlamı danışar, başqa söz deyil.
5. İbadətin şirinliyini hiss etmək.
Sükutun gətirdiyi faydalardan biri də ibadətin şirinliyini hiss etmək və ürək qəsavətinin aradan getməsidir. Hər bir günah Allahla bəndə arasında pərdə yaradar. O zaman ki, insan dil günahı edər, bu pərdələr daha da qalınlaşar. İnsan da ibadətdən ləzzət ala bilməz. Bundan başqa, dil günahı ürəyi qəsavətli edər. Qəsavətli ürək isə bir çox İlahi rəhmətdən və lütfdən məhrum olar. İnsan sükut edərsə, həm ibadətin şirinliyini dadar və həm də ürək qəsavətindən xilas olar.
6. İffət.
Sükutun faydalarından biri də iffətdir. Günah işlətməkdən iffət etmək. Hər kim çox danışmağa adət edərsə, hər dediyi sözünin aqibətinə düçar olar. Az danışmaq və susmaq isə nəfsi iffətli edər.
7. Gözəl əxlaq.
Sükut gözəl əxlaqa səbəb olar. Deyerler.org