Süfrə kənarında 4 vacib, 4 müstəhəb, 4 ədəb hansılardır?
Mərhum Ayətullah Müctəhidinin əxlaq müəllimlərindəndir ki, özü vəfat etsə də, tövsiyələri insanlar üçün yadigar qalmışdır. Alimin əxlaq dərsinin birində söylədiklərinə işarə edəcəyik. (Tebyan)
Ayətullah Müctəhidi buyurur ki, Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyət etmişdir ki, o süfrənin ki, kənarında əyləşirsən, gərək 12 sifəti öyrənəsən. Onların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.
Onların vacib olanları:
1. Bax gör yediyin yemək haramdır, yoxsa halal. Hər şeyi yemə. O kəs ki, sələm yeyir, rüşvət verir və xüms vermir, onun evinə getmə. İnsan yemək yeyən zaman baxmalıdır ki, haradan gəlir.
2. Yeməyin əvvəlində “Bismillah” de.
3. Yeməkdən sonra şükür et və de: “Əlhəmdulilləh!”.
4. Razı olmaq, yəni yediyin yeməyə razı olmaq.
Şorba yeyən zaman anana demə ki, şorba nədir? Əgər quru çörəyin varsa, gərək razı olasan. Deyəsən ki, Allahım, pendir və çörəyinə görə də şükür olsun.
Müstəhəb olanlar:
1. Əyləşən zaman sol ayağının üzərində əyləş. Alimlər kimi əyləş, yəni sol ayağını altına qoy və sağ ayağını uzat.
2. Üç barmağınla yemək ye, qədimdə qaşıq yox idi.
3. Öz qabağından ye.
4. Müstəhəbdir ki, insan əgər əli ilə yemək yeyirsə, onu yalasın. Onda elə bir maddə vardır ki, yeməklə həzm olar.
Ədəb olanlar:
1. Tikənni kiçik olması. Tikəni kiçik götürün, nəinki sandvic boyda.
2. Yeməyi yaxşı çeynəyin. Yeməyi üyüdün və sonra mədəyə ötürün.
3. Öz yeməyini ye və başqalarına baxma. Xüsusilə də ev sahibi baxır ki, qonaqları nə yeyibdir. Bu da ədəbdəndir, insan gərək başqasının yeməyinə az baxsın.
4. Yeməkdən əvvəl və sonra əlləri yumaq ədəbdəndir. Deyerler.org