Allahın qəzəbinə düçar olan 2 dəstə kimlərdir?
Dünyamız qəribə bir dünyadır. Bir-birimizin yanında yaşayırıq, lakin bir-birimizə bənzəmirik. Nə zahirdə bənzəyirik və nə də batində. Düşüncə və təfəkkür tərzimiz də fərqlidir. Bu dünyada xeyir və şər də çoxdur. Bu dünyada bəziləri şər işin əhlidirlər və bəziləri isə xeyir işin. Bəs insanların ən pisi kimlərdir? (Tebyan)
İmam Əli (ə) bizə Allahın ən çox nifrət etdiyi iki dəstəni tanıtmışdır ki, bunlar: bidət edən cahillər və yalançı alimlərdir.
1. Allah bu insanları öz halına buraxmışdır. Onlar düz yollarını azıblar. Haqdan uzaq sözlərə ürək bağlayıb, insanları sürətlə yolundan azdırmaqla məşğuldurlar. O kəsləri ki, aldadıblar, onların günah yükü də çiyinlərində olar.
2. O kəs ki, məchulları bir-birinə qarışdırar və insanların arasında hiylə işlədər və fitnə qaranlıqlarında addımlayar, insanlar tərəfindən alim adlanar. Lakin o, alim deyildir. Səhər açılandan gecə qaranlığına qədər bir şeyləri toplamaqla məşğuldur ki, azı çoxundan daha yaxşıdır. Özünü cahil sularla sirab edərlər. Elə xəyal edər ki, elm xəzinəsidir. Halbuki, onda bir fayda olmaz.
Onlar ona görə ən nifrət olunan insanlardır ki, Həzrət Peyğəmbərin (s) və səma kitabının hədəfini məhv edir və insanlar arasında ədalət hissini zəiflədirlər. Bu insanlar başqalarını din və tövhiddən uzaqlaşdırır və onları yolundan azdırırlar. İkinci dəstə adətən öz şəxsi mənfəətinə görə insanların haqqını tapdalayar və günahsız insanların qanının tökülməsinə səbəb olarlar. Bu iki dəstədən biri insanların əqidəsini azdırmaqla məşğuldurlar. O biri dəstə isə əhkam mövzusunda insanları yolundan azdırar. Özlərini xalqın qazisi hesab edərlər, halbuki buna səlahiyyətləri yoxdur.
Bu insanların varlığında Allah üçün yer yoxdur. Onların əsl hədəfi öz “mən”ləridir. Bu cür insanların nə hisslərinə etimad etmək olar, nə də düşüncələrinə.
Biz insanların həyat hədəfi Allaha çatmaq və qovuşmaqdır. Hər kim bu yola daş atarsa və insanların hərəkətinə mane olarsa, özü və onunla bir yerdə olanlar Allahın ən çox qəzəbləndiyi kəslər olar. Onların həsrət və peşmançılıqdan başqa nəsibləri olmaz. Deyerler.org