Qurani- kərim baxımından özünü düşünmənin mənası nədir?


Özünü tanıma Quranda, fitri və daxili istedadları diriltmək və tərbiyələndirmək vasitəsilə öz həqiqətini yenidən ələ gətirmə mənasındadır. Bu həqiqət onun vücudunda gizlənibdir. Öz həqiqətini ələ gətirəndən sonra növbə, İlahi adlar, sifətlər və varlıq aləminin həqiqətlərinin qəlbi dərk olunmasına yetişir. Bəs mahiyyət və insanın zati cövhəri onun özünü düşünməsidir.[1]
İnsan buna fitrətən məhəbbət və eşq göstərir.
Bu cəhətdən özünü düşünmənin müxtəlif şöbələri və mərtəbələri vardır[2] və onun kamil insan ilə onun həqiqi mahiyyəti və gerçəkliyinin mahiyyətinə peyvənd edilmişdir.
Bu yazıda onların ən mühümmünə qısa şəkildə işarə olunur:
1). Fitri özünü düşünmə
Bu düşünmə, hüsuli,[3] bəlkə bir ayıqlıq və hüzuri (əyani) eləmir. Hüzuri özünü düşünmə, yəni varam və bu varlıq aləminə, öz daxili istedadlarına agaham. Bu, əsil və həqiqi düşünmə və onun şəxsiyyətinin mahiyyətidir.[4]
Əlbəttə, bu fenomendə adətən müstəqil şəkildə \"mənə\" əl tapmaq olmaz, bəlkə əvvəlcə daxili qüvvələr və fəaliyyətlər dərk olunur, ondan sonra \"mən\", hüzuri düşünməni ələ gətirmək üçün dərk olunur.[5]
Qurani- kərim rüşeymin ana bətnində keçirdiyi yaranış mərhələrinin axırıncısına (həqiqətdə bəşərin yaranış mərhələsinin ən mühümdür)[6] işarə edəndən sonra buyurur: \" ثُمَّ أَنْشَأْناهُ خَلْقاً آخَرَ\"[7] \"ondan sonra ona yeni yaranış verdik\". Bilməməzlik maddəsinin özünü düşünmənin ruhi cövhərinə çevrilməsinə işarədir.[8] Başqa bəyanla: Onu elm, qüdrət, həyat sahibi etdi və ona zati cövhər əta etdi. Buna \"mən\" deyilir.[9]
2). Dünyəvi özünü düşünmə
Dünyəvi özünü düşünmə, yəni dünya ilə əlaqədə özünə agahlıq. Yəni: Haradan gəlmişəm? Haradayam? Haraya gedirəm? Bu özünü düşünmədə insan kəşf edir ki, cahan (dünya) adlı bir bütövlükdən bir hissədir; bilir ki, müstəqil deyil, bəlkə asılıdır; yəni, öz vasitəsinə gəlməyib, yaşamır və bu dünyadan öz vasitəsinə getmir. İstəyir özünü bu bütövlükdə təyin edə.[10] İmam Əlinin (ə) mənalı sözü özünü düşünmənin bu növünə işarədir: \"Allah rəhm eləsin... o kəsə ki, bilir haradan gəlib? Haradadır? Haraya gedir?\"[11]
İnsanın başlanğıcı və qayıdışı barədə Qurani- kərimdə çoxlu ayələr vardır. Bu ayələr insanı, dünya və axirət yaşayışının həqiqətinə nisbət düşünmə və ayıqlığa dəvət edir; məsələn:
\"Biz, Allah tərəfindənik və ona tərəf qayıdırıq.[12]
\"Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (özüm vaxtı) müəyyən edən olur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz\".[13]
\"Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır\".[14]
3). İrfani özünü düşünmə
İrfani yaxud arifanə özünü düşünmə, yəni Allah ilə əlaqədə özünə agahlıq. Bu əlaqə, bir- birinin əvəzində (evində) olan iki mövcusun əlaqəsi növündən deyil, bəlkə əsasla hissənin, bir olan həqiqət (Allah) ilə məcazın, mütləq (tam) ilə qeydlənmişin əlaqəsi növündəndir. Arifin dərdi, daxili dərddir və fitri ehtiyacdan aşkar olar.[15]
Arifin baxışınca ruh və can, həqiqi \"mən\" dəlil və ona agahlıq özünü düşünmə deyil, bəlkə ruh və can \"mən\" dən biz təcəssümdür. Həqiqi mən, Allahdır. Elə ki, insan özündən fani oldu, aşkarlıqları məğlub etdi (bir- birinə vurdu) və onları görmədi, ruh və candan əsər qalmaz və insan həqiqi özünü düşünməyə yetişmiş olar.[16]
Əgər insan özünün fitri və dünyəvi düşünməsini tərbiyələndirə və əsil olana (Allahın xəlifəliyi) diqqət edə arifanə özünü düşünməyə qədəm qoyub, bu arifanə əlaqəni dərk edib, Allahın ona və onun Allaha olan eşq və məhəbbətini öz qəlbində hiss edər: \" یحبّهم و یحبّونه\"[17] (Allah onları və onlar da Allahı sevərlər).
Arifanə özünü tanıma, fitri və dünyəvi özünü tanımanın yetişdirdiyidir.
Allahın Quranda buyurduğuna əsasən özünü tanıma ilə ziddiyyəyti və ona mane olan şey \"özünü unutma\"- dır. Özünü unutmanın əsəri ayədə belə bəyan olunur. \"O kəslər kimi olmayın ki, Allahı unutdular və Allah da onları \"özünü unutmaya\" düçar etdi, onlar fasiqdirlər\".[18]
İnsan Allahı unudan zaman, onun zati sifətlərinin müstəqil əlaqəsi olan ali İlahi sifətləri və onun gözəl adlarını da unutmuş olur. Əgər insan özünü düşünmənin fikrinə olmaya və onu özündə dirildib yaşatmaya, Allahı unudub və hər bir günaha əl atıbdır. Eyni zamanda bəndəlikdən kənarlaşar.[19]

[1] - Mütəhhəri, Mürtəza, Əsərlərin məcmuəsi, cild 2, səh 304 və 308, Sədra nəşriyyatı.
[2] - Müraciət et: Əsərlərin məcmuəsi, cild 2, səh 308 və 326.
[3] - Psixoloqlar adətən özünü düşünmə barəsində bəhs edən zaman özünü düşünmənin zehni və hüsuli elm cəhətindən olan mənasına diqqət edirlər. Bu isə qeyd olunan mənanın ziddinədir. (Əsərlərin məcmuəsi, cild 2, səh 309).
[4] - Əsərlərin məcmuəsi, cild 2, səh 308. Dəyişiklik və xülasə ilə.
[5] - Müraciət et: Cəfəri, Məhəmməd Təqi, Nəhcül- bəlağənin tərcümə və təfsiri, cild 6 səh 262 və cild 26, səh 61 və 62, Fərhənge İslami nəşriyyatının dəftərliyi, Tehran, yeddinci çap, 1376 hicri şəmsi.
[6] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 14, səh 208, Darul- kotobil- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri şəmsi.
[7] - Möminun surəsi, ayə 14.
[8] - Əsərlərin məcmuəsi, cild 2, səh 309.
[9] - Təbatəbai, Seyid Məhəmməd Hüseyn, l- mizan fi təfsiril- Quran, cild 15, səh 20, İslami nəşriyyatının dəftərliyi, Qum, beşinci çap, 1417 hicri qəməri.
[10] - Əsərlərin məcmuəsi, cild 2, səh 310.
[11] - \" رحم اللّه امرأ أعد لنفسه، و استعد لرمسه، و عرف من أين و في أين و الى أين\" (Muğniyə, Məhəmməd Cavad, fi zilali nəhcil- bəlağə, cild 1, səh 22, Darul- elmi lil- məlayin, Beyrut, üçüncü çap, 1358 hicri şəmsi; Qaini Xorasani, Seyid Məhəmməd Təqi, Miftahus- səadət fi şərhi Nəhcul- bəlağə, cild 5, səh 128, Məktəbətul- Mustəfəvi, Tehran, tarixsiz).
[12] - Bəqərə surəsi, ayə 156.
[13] - Ənam surəsi, ayə 2.
[14] - Rum surəsi, ayə 40.
[15] - Əsərlərin məcmuəsi, cild 2, səh 319 və 320.
[16] - Əsərlərin məcmuəsi, cild 2, səh 321.
[17] - Maidə surəsi, ayə 54.
[18] - Həşr surəsi, ayə 19.
[19] - Müraciət et: Əl- mizan fi təfsiril- Quran, cild 19, səh 219 və 220.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter