Peyğəmbər (s) niyə öz evində torpağa tapşırıldı?


İslamın əziz Peyğəmbəri (s) dünyadan gedəndən sonra, müsəlmanlar o həzrətin müqəddəs bədənini dəfn etməyin yerini müəyyənləşdirməkdə, fikir ayrılığına düçar oldular. Bir dəstə dedi: Məscidində dəfn olunsun. Digər bir dəstə dedi: Səhabələri ilə dəfn olunsun. Bu zaman Əmirəl- möminin Əli (ə) buyurdu: Allah, Peyğəmbəriən pak yerdə qəbzi- ruh edibdir. Deməli, ən yaxşısı budur ki, dünyadan getdiyi otaqda dəfn olunsun.[1] Ətrafdakılar Əli (ə)- ın sözünü qəbul etdilər və o İmam (ə), pak bədəni, Peyğəmbər (s)- in öz evində, yəni o həzrətin Allahı sitayiş və zikr etdiyi yerdə, dəfn etdi.
Buna əsasən, İmam Əli (ə)- ın buyurduğu sözə əsasən: Peyğəmbər (s)- in evi o həzrətin böyük ruhunu qəbz etməyə ən pak yer olduğuna görə, orada İmam Əli (ə)- in əmri ilə torpağa tapşırıldı.

[1] - (Əbu Cəfər Tusi, Məhəmməd bin Həsən, Təhzibul- əhkam, cild 6, səh 3, Darul- kutubul- İslamiyyə, Tehran, çap dördüncü, 1407 hicri qəməri. İrbəli, Əli bin İsa, Kəşful- ğümmə, cild 1, səh 19, Məktəbətu bəni Haşimi, Təbriz, 1381 hicri qəməri, Mazandarani, İbn Şəhr Aşub, Əl- mənaqib, cild 1, səh 239, Əllamə nəşriyyat müəssisəsi, Qum 1379, hicri qəməri.
«إِنَّ اللَّهَ لَمْ يَقْبِضْ نَبِيَّهُ إِلَّا فِي أَطْهَرِ الْبِقَاعِ فَيَنْبَغِي أَنْ يُدْفَنَ فِي الْبُقْعَةِ الَّتِي قُبِضَ فِيهَا»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter