Hansı ibadətlər daha üstündür?
İslam dinində hansı ibadət başqalarından daha çox üstündür?- sualına dəqiq cavab vermək çətindir. Ancaq hədislərə əsasən ibadətləri savablarına görə şərti olaraq belə sıralamaq olar.
1. Allahın zikri.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizi İlahi qürbün ən ali dərəcəsinə çatdıra biləcək ən yaxşı, ən pakizə və ən uca əməl - Allahı zikr etmək və yada salmaqdır”.
2. Namaz.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizin ən üstün əməliniz namazdır. Namaz Allahın zikri və yada salmasıdır”.
3. Fərəcin intizarı.
İmam Əli (ə) bir gün tərəfdaşlarına din və dünyaları üçün faydalı olan 400 mövzu haqqında danışırdı. (Bu mövzulardan biri) fərəcin intizarı idi. İmam (ə) buyurur: “İlahi rəhmətdən naümüd olmayın. Çünki Allah Təala yanında ən sevimli əməl - fərəcin intizarıdır”.
4 Əhli-beytin (ə) vilayəti.
Həzrət İmam Cəfər Sadiqdən (ə) soruşurlar ki, namazda zikr edilən “Heyyi əla xeyrul əməl” mənası nədir və hansı əməldir? İmam (ə) buyurur: “Ən gözəl əməl - biz Əhli-beytin (ə) vilayətini qəbul etməkdir”.
5. Ən çətin işlər - ən üstünləridir.
Hədusdə qeyd olunur: “Ən gözəl əməl - onların çətinidir”.
6. Niyyətin dəyəri.
Məsum İmamlar (ə) buyurur: “Möminin xeyir niyyəti - ən gözəl əməldir”.
7. İnsanları doyuzdurmaq.
Hədislərin bəzisində oxuyuruq ki, acları doyuzdurmaq - ən üstün əməl hesab edilir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən üstün əməl - yanar ciyərləri sərinlətmək və ac qarınları doyuzdurmaqdır. And olsun o Kəsə ki, Muhəmmədin (s) canı onun əlindədir! O bəndə ki, gecəni tox yatar və müsəlman qardaşı ac olarsa, mənə iman gətirməmişdir”.
8. Saleh əməl.
Qurani-Kərimdə buyurulur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mülk” 2).
“Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik”. (“Kəhf” 7).
İmam Sadiq (ə) buyurur: “Ən gözəl əməl dedikdə məqsəd əməlin çox olması demək deyildir. Çünki əməlin çox olması meyar deyildir. Əməlin yaxşılığı və keyfiyyəti mühümdür”.
Beləliklə deyə bilərik ki, bütün ibadətlər gözəldir, ümumən isə gərək vəzifəmizi tanıyaq və ona ən yaxşı şəkildə əməl edək. Burada namaz da var, oruc da var, əmr-be-məruf və nəhy-əz-münkər də var, vilayət də var – hər şey var. Bu, ən üstün əməldir. (Tebyan) Deyerler.org