Ömrü uzadan mənəvi səbəblər nələrdir?
Bəşəriyyət arzu edər ki, uzun və çox həyata malik olsun. Bu məxluqatın arasında bir dəstə insanlar var ki, aqıl sahibidirlər. onların fikri və istəyi budur ki, imanla birlikdə əməl etməklə uzun ömrə sahib olub xeyirlə yiyələnsinlər ta ilahi görüşdə xeyir azuqələri yanlarında olsun. İnsan həyatını uzadan amillər iki qismə bölünür.
Ömrün uzanmasının təbii səbəbləri bunlardır:
1-Yeməkfə çox yemək və ac qalmaqdan çəkinməyin zəruriliyi,
2-Davamlı hərəkət və işlə məşğul olmaq insanın sağlamlığıdır.
3-Xətərli əşyaların istifadəsindən çəkinməyin gərəkliyi,
4-Çirkli havadan çəkinməyin zəruriliyi.
5-Haram içkilərdən çəkinməyin zəruriliyi
6-davamlı həyəcan və streslərdən çəkinməyin zəruriliyi.
Amma sualımızın cavabı mənəvi səbəblər ki. insanın uzun ömrə sahib olmasına gətirib çıxarar bunlardır:
1-Güclü iman və rəhman Allaha güvənmək və təvəkkül etmək. Sonsuz qüdrətə malik Allaha inanmaq və onu hər şeyə qadir bilmək insanın canının və ruhunun sağlam və rahat olmasına şərait yaradar, elə bu da səbəb olar ki, stresdən və əsəblərdən uzaq qalsın ki, əsəb bütün xəstəliklərin açarıdır.
2-Sədəqə vermək. (sədəqə beş yolla mümkündür keçmiş suallarımızda yolları gətirmişdik) Sədəqə vermək insanın həyatında təbii və xoşa gəlməz çətinliklərin aradan getməsinə şərait yaradar.
3-Allah yolunda infaq edib, yaxınlarla get-gəl etmək, Başqaları ilə get-gəl etmək xüsusən də yaxınlarla insanı bütün çətinliklərdən elmi olub və onların təcrübələrindən istifadə etməklə pisliklərin qarşısını almağa yol tapdırar,
4-Gizli yaxşılıqlar etmək, Əməl və xeyirlərin Allah üçün olmaı ilahi rəhmət və qeybi köməklərin gəlməsinə səbəb olar. Hər kəs ALlah söykənsə odur ən yaxşı söykənəcək.
5-Günah etməmək, Günah etməmək insanın ruhunu və canını hər cür bəlalardan amanda saxlayar. Necə ki, deyilir dilindən hələ ki, heç bir şey çıxmamışdır sözün çəkən kəndiri sənin əlinədir elə ki, sözü buraxdın sonucu nə olsa ona baş əyməyə məcbursan. Günahlar insanın canının və
ruhunun əzabı və çirkinliyidir. İslami təlimlərə əsasən deyilən tövsiyələrə əməl etməklə və bəzi əməllərdən çəkinməklə insan ömrünü uzada bilər.