Namazda diqqəti cəmləşdirmək üçün nələr etmək gərərik?
Əməl o zaman dəyərli olar ki, onda diqqət daha çox olsun. Çünki hədəfli olan əməl diqqət tələb edir. İbadətlər də diqqət tələb edir. Çünki insan bəndəlik edəndə Allaha yaxınlaşmaq istəyir. bu halda bilməlidir ki, hansı hədəfə çatmaq istəyir. çoxlu insanlar var ki, ibadətlərində xüsusən də namazlarında başqa şeylər haqqında düşünürlər. Və bunun qarşısını almaq üçün həll yolları axtarırlar. Xoşbəxtlikdən dini maariflərdə bu çətini həll etmək üçün bir neçə tövsiyələr deyilmişdir. Müqəddiməmizə əsasən deyirik ki, hansı əməllərlə namazlarda diqqəti cəmləşdirmək mümkündür. Bunlardır:
1-namazı öz vaxtında qılmaq, Yəni münəzzəmlik bəndəliyi dərin və hüzurlu əməllə birlikdə edər.
2-Ümumi müqəddəs məkan və məscidlərdə namazı qılmaq, mənəvi mühitdə və cəmiyyətdə insanın baxışı da daha dərin və islami olar.
3-Namazdan əvvəl azan, iqamə və dualara diqqət yetirmək, İnsanın hər bir şeyə hazırlığı onun ehtiyaclarını əldə etməsi ilə başlayır. Namaza da müstəhəb əməllərin başlanması ilə daha hazırlıqlı edər.
4-Namazın zikrlərinin mənalarına diqqət yetirmək, insan bir şey barəsində düşüncə və bilsə ki, na barədə danışır daha əmələ daha yaxın olmasını əldə edə bilər.
5-Diqqət aradan aparan əməllərdən çəkinmək. batil etməyən amma insanın fikrini ibadətlərdən uzaq edən işlərdən çəkinsək fikrimiz namaza daha yaxın olar. Əlləri qurdalamaq kimi, paltarı düzəltmək kimi əməllər insanın fikrini ibadət və namazlarda dağıdan amillər kimi tanıtdırılır.
6-Alim və əməl sahiblərinin həyatlarını oxumaq və ... Ulquların həyatlarını oxumaqla və onların ibadətlərlə nə əldə etdiklərini bilməklə insanın əməl etməyə həvəsi daha artır və bəndəlik üçün onda şövq yaranır.