İslam mədəniyyətini məhv edən amillər nələrdir?


İslam mədəniyyətini möhkəmlədən amillər olan kimi, onu məhv edə biləcək səbəblər də vardır. Bu sualımızın cavabı əsasən İslam mədəniyyətini təhdid edən və onu məhv edə biləcək səbəblərə həsr edirik. İslami kitablara müraciət etdikdə bu nəticəyə gəldik ki, İslam mədəniyyətini məhv edə biləcək amillər 6 şeydən ibarətdir:
1-İslam mədəniyyəitinə yad və düşmən olan dəstələrin baxış və fikirlərinin müsəlmanların arasında yayılması, Bu vicdani və insan xüsusiyyətindəndir ki, insan hər bir şeyi öyrənmək istəyir və hər bir müsəlman cəmiyyətdə bu işin baş verməsi qaçılmaz bir hadisədir. Buna görə İslami alimlər gərək diqqətli olsunlar ki, hər yayılan baxışlara qarşı cavab və şübhələri aradan qaldırsınlar. və İSlamın ən kamil olan baxışını müsəlmanlara çatdırsınlar.
2-İslami baxışlara müxalif səhv yollardan (haram yollardan) müqəddəs hədəflərə çatmaq üçün istifadələr. Yəni İslamın baxışında müqəddəs hədəf belə olsa haram yollarla onlara çatmaq düzgün və həqiqətə uyğun deyil, eləcə də hər bir haram yol müqəddəs hədəfə çatdıran da deyil, ziyanı xeyrindən daha da çox olar. İnsan günahda batdıqca batar, istər düzəltsin daha də əyri edər. Yəni hədəf hər bir vasitəni icazəli etməsi baxışı düzgün deyildir.
3-Həddən artıq yenilk və moda arxasında olmaqlar, Yəni hər bir yeniliklər haqq yolu deyildir, bəzi müsəlmanlar inkişafdan geridə qalmağı düzgün hesab etmirlər. Amma bunu yadda saxlamalıdırlar ki, inkişafların özü düzgün qayda-qanunlar çərçivəsində olmasa azdırıcı ola bilər, inkişaf yaxşıdır qeydi var o da budur ki, müqəddəs hədəflər yolunda çərçivələnmiş olsun.
4-Təbəqələr arasında ayrılıq yaratmaq, Müəllim və ruhanilər arasında baxışların fərqi o demək deyil ki, birləşə bilməzlər. Bəzi İslam düşmənləri müsəlmanların arasında hakimiyyət və öz fikirlərini yürütmək üçün müsəlmanları bir neçə dəstəyə bölürlər və yollarını ayrı olduğunu cəmiyyətdə yeridirlər. İSlam alimləri gərək müsəlmanları oyatsınlar ki, hədəflər birdir Allah bəndəliyi amma müxtəlif peşələrlə ona çatmaq dü mümkündür. Mən mollayam sən doktor deməli biz birləşə bilmərik bu söz düzgün deyil.
5-Riya və yaltaqlıq xəstəlik yaradan xüsusiyyətlərin yayılması. hədəflərə çatmaq üçün bəziləri özlərini həqiqi bəndə sahibindən uzaqlaşdırırlar. Yəni əməlləri birlik və vahid yarada bağlanmır o da ayrılıq yaradan əsas amillərdəndir. Riya və yaltaqlıq yəni öz xeyrini nəzərə almaq.
6-Fəsad baxış və rəftarların azad yayılması, sonuncu amil də ki, İSlam mədəniyyətini məhv edə bilər azadlığın həddən artıq çox və çərçivəsiz olmasıdır. İnsan zatən zəif xəlq olunmuşdur və üsyan xüsusiyyəti onun daxili funksiyasında mövcuddur. Çox azadlıq cəmiyyətin vəhdətini və mədəniyyəti məhv edəndir çünki qanunlara zidd da olur. (pardisan-1@mail.ru- maktubname adresimiz suallarinizin tez bir zamanda cavabi ucun xidmete hazirdir).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter