NİYƏ İNSAN ÇOX VAXT BİLDİKLƏRİNƏ ƏMƏL ETMİR?


Niyə insan çox vaxt bildiklərinə əməl etmir? Ola bilsin ki, bunun səbəbi - bildiklərimizə lazımlı qədər diqqət etməməyimizdir. Bəzən bildiklərimiz diqqətimizin mərkəzində olur və həmişə zehnimizdədir. Ancaq bəzən də qəflətə qapılaraq, bildiklərimizi yaddan çıxardırıq. Dini təlimlər bildiklərimizi daima xatırlamağımız üçün təfəkkür etməyi tövsiyə edir. (Tebyan)

Təfəkkür üçün mövzu seçməyin yollarından biri Qurani-Kərimin və Əhli-beytin (ə) tövsiyələrinə diqqət etməkdir. Qurani-Kərim və rəhbərlərimiz təfəkkürü tövsiyə etməklə yanaşı, bunun üçün mövzu da müəyyən etmişdilər.



Ayətullah Behcət buyurur: “Bəzi insanlar ali məqamlara çatmaq üçün elə bir mövzu axtarırlar ki, onu nə Allah demişdir, nə də Peyğəmbər (s). Heç kimin bilmədiyi sirr olmalıdır (belə bir sirri axtarırlar). Ancaq çox az insan ondan xəbərdar olsunlar. O, istəyir ki, bu sirri bilmək və ona əməl etməklə Allaha yaxınlaşsın”.



Məgər Allah ki, bu qədər mehribandır, bizim təkamülümüz üçün zəruri olan mövzuları heç gizli saxlayarmı? Xeyr, belə deyildir. Quranın buyurduqları bizi kamala çatdırır. Allah Quranı ona görə nazil etmişdir ki, biz kamala çata bilək.



Lənət olmuş İblis bizi düz yoldan saxlamaq və zehnimizi qafil etmək üçün bizə təlqin edir ki, əgər Allaha yaxınlaşmaq istəyirsənsə, gərək hansısa sirri biləsən. Guya hamının bildiyi mövzular ali məqamlara yaramaz.



Halbuki, Allah bizim səadətimiz üçün lazım olan şeyləri bizə Quran vasitəsilə çatdırmışdır. Bəs Allah bizim hansı mövzular barədə fikirləşməyimizi istəyir?



İnsanın ən son kamalı - Allaha çatmaqdır və həmçinin bu kamala çatmağın tək yolu - Allaha bəndəlik və ibadətdir. İnsan bunları qəbul edəndən sonra təfəkkür edəcəyi mövzu Allah, Onun qarşısındakı məsuliyyətləri və aqibəti olmalıdır.



Qurana müraciət edərək, başa düşürük ki, Allah Təala bir çox əməlləri İlahi nişanə kimi tanıtmışdır. Bizi onlar haqqında təfəkkür etməyə dəvət etmişdir. “Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır”. (“Rəd” 3).



Başqa yerdə buyurur: “Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik”. (“Yunus” 24).



Müstəhəbdir ki, insan gecə yarısı yuxudan ayılan zaman qəlbini fərəhləndirmək üçün bu ayəni oxusun: “Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 190-191).



Məsum İmamlar (ə) da yuxudan oyanan zaman bu ayəni oxuyardılar. Sonra da bir müddət onun haqqında təfəkkür edərdilər.



Allahın təfəkkür etmək üçün dəvət etdiyi mövzulardan biri də varlıq aləminin batil olmamasıdır.“O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır”. (“Yunus” 5).



O kəslər ki, aqildir və diqqətcildirlər, varlıq aləmini müşahidə edən zaman başa düşürlər ki, bu aləm hədəfsiz və proqramsız yaradılmamışdır. Bu aləm bu qədər əzəməti ilə xüsusi plana xidmət edir. Kimsə bu aləmi xüsusi bir hədəflə yaratmışdır. Bu cür insanlar başa düşürlər ki, aləmin hədəfi olduğu kimi, biz insanların da yaradılışda bir hədəfi vardır. Biz boş yerə xəlq edilməmişik. Bu cür deyildir ki, hər kəs necə istəyir o cür də yaşasın. Heç bir hesablaşma olmasın. Belə ola bilməz. Bu, insanın fikirləşməli olduğu mövzuların bir hissəsidir. Bu təfəkkür insan rəftarına təsir qoyar. Bu cür təfəkkür nəticəsində insan rəftarlarına nəzarət edər. Bu məsələlər haqqında fikirləşmək nəticəsində insan başa düşər ki, fikirləşməli olduğu varlıq Kimdir? Kim onu yaratmışdır və onun qarşısında hansı vəzifələri vardır? Bu mövzular haqqında təfəkkür hər bir insanın həyatını dəyişdirə bilər. İnsan xilqətin hədəfini dərk etdikdən sonra tək hədəfi Allaha yaxınlaşmaq olar.


/Deyerler.org/



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter