ALLAH YOLUNDA SABİTQƏDƏM OLMAĞIN ŞƏRTİ NƏDİR?
Allah Təalaya yaxınlaşmaq yolunun şərtləri vardır, əgər bu şəraitlərə düzgün əməl edilməzsə, nicat sahilinə çatmaq mümkün deyildir. Bunlara nəzər salaq:
1. Adət-ənənələrdən asılı olmamaq.
Bu, o deməkdir ki, Allah yolunun yolçusu orta həddi tutmalıdır. Yəni, bəzi insanlar şəxsiyyətlərini qorumaq üçün hər cür faydasız və zərərli get-gəldən əl çəkmir və ya yanlış adət-ənənəyə əməl edirlər. Bu, ifratdır. Ya da insanların çoxundan kənar gəzir, hər cür adət-ənənədən qaçırlar. Bir küncə çəkilərək, insanlardan uzaqlaşırlar. Başqa insanlar onları barmaqları ilə göstərirlər. Bu isə təfritdir. Həqiqi müsəlman bu sahədə nə ifrat etməlidir və nə də təfrit.
2. Əzm.
Allah yolunun yolçusu bu yola qədəm basdığı gündən ətrafındakılar, dost və qohumları tərəfindən tənqidə məruz qalır. Onu dil və əməllə məzəmmət edir və istəyirlər ki, yolundan əl çəksin. Onlar bu təzə yola qədəm basan yoldaşlarını təhqir şallağı ilə yolundan saxlamaq istəyirlər. Çünki onun getdiyi yoldan qorxurlar. Buna görə də əzm və səbir lazımdır. Bu yolun yolçusu Allahın qüvvəsinə o qədər əzm bəsləməlidir ki, bütün bu çətinliklərə dayana bilsin. Səbir və təvəkkül ilə onların hamısını məhv edə bilsin. Yolun əzəmətini dərk edərək, bu mənasız küləklərdən qorxmasın.
3. Etidal.
Allah yolunun yolçusu ilk növbədə özündə xüsusi sevinc və şövq hiss edər. Bunun nəticəsində qərara alar ki, daha çox ibadət etsin. Vaxtının çox hissəsini duaya və namaza ayırar. Eşitdiyi hər bir əməli edər, hər kəsdən bir söz öyrənər, hər ruhanidən bir nəsə faydalanar.
Ancaq bu yol düzgün yol deyildir. Çünki ibadətin ağırlığı insan nəfsinə o qədər təzyiq göstərər ki, nəfs əks təsir göstərməyə başlayar. Bu zaman Allah yolunun yolçusu bütün əməllərindən qalar. Belə olan halda özündə ən cüzi müstəhəbləri belə etməyə həvəs hiss etməz.
4. Vəfa.
Vəfa - tövbə etdiyin əmələ bir daha qayıtmamaqdır. Öhdənə götürdüyünü yerinə yetirmək deməkdir. Agah ruhaninin dediklərini axıra qədər yerinə yetirmək deməkdir.
5. Səbat və davamlılıq.
Allah yolunun yolçusu gördüyü hər bir əməldən ruhi ləzzət almalıdır. Onda belə bir hal hasil olmayınca, həmin əməldən əl çəkməməlidir.
İnsan bu sabit halı keçirən zaman həmin ibadətə qarşı şövq əldə edər. Ona görə də bu əməlini davamlı edər.
6. Nəzarət.
Allah yolunun yolçusu hər bir halda nəzarət etməlidir ki, üzərinə düşən vəzifəni mütləq yerinə yetirsin. O şey ki, onun dünyasına və axirətinə bir fayda gətirməyəcək, onunla məşğul olmasın. Çalışsın ki, Allahın xoşuna gəlməyən işlər görməyin. Sanki həkim sənə hansı şeylərin zərərli olduğunu söyləyir və sən çalışırsan ki, onları yeməyəsən. Xəstə bu deyilənlərə əməl etməsə, sağalmaz. Allah yolunun yolçusu da fikrinə nəzarət etməlidir.
7. Hesablaşma.
Gecə və ya gündüz özü üçün müəyyən bir vaxt təyin etməlidir və həmin vaxt gün ərzində gördüklərinin hesabını çəkməlidir.
8. Tənbeh.
Allah yolunun yolçusu nəfsinin xəyanətini görən zaman onu tənbeh etməlidir. Onu özü münasib bildiyi şəkildə cəzalandırmalıdır.
9. Tələsmək.
Əzm etdiyi şeyi yerinə yetirməkdə tələsməlidir. Çünki bu yolda çox sayda bəlalar vardır. Allah yolunun yolçusu hər bir məqamda müəyyən maneələrə rast gəlir. Ona görə də çox zirək və ayıq olmalıdır.
10. Sədaqət.
Din sahibinə və o Böyük Haqq Xəlifəsinə qarşı sədaqətli olmaqdır. Bu yolda mömin kamala çatmalıdır, sədaqət hər nə qədər çox olarsa, Allah yolunun yolçusunun əməli daha möhkəm və yaxşı olar.
11. Saxlamaq mədəniyyəti.
Yəni özünə diqqət etmək. Birdən öz vacibatlarından kənara çıxarsan. Bəndəliyə əks olan əməllərini yerinə yetirməyəsən. (Tebyan)
Allah Təala bizləri Öz yolunda qərar versin, inşəallah. /Deyerler.org/