Aqİl insanın nİşanəsİ nədİr?



Ölümü yada salmamaq onun olmaması demək deyildir. Biz gərək ölümü yada salmaq üçün həmişə hansısa bir əlamət axtaraq. Məsələn Peyğəmbər (s) yazın gəlişini
görəndə buyurardı:


“Baharı görən zaman qiyaməti xatırlayın”


. Bəli, bu, ölümü yada salmaq üçün bir əlamətdir. Peyğəmbər (s) yatağından qalxan zaman buyurardı:


“Allaha şükür olsun ki, bizi öləndən sonra dirildibdir”


. Çünki yuxu yüngül ölümdür ki, Quranda ölümlə bir yerdə adı çəkilir. Yuxu zamanı insanın ruhla əlaqəsi tamamilə kəsilmir. Əgər Allah icazə versə, ruh
yenidən bədənə qayıdır. Ona görə də Peyğəmbər (s) yuxudan sonra ayılmağını dirilmək hesab edirdi.



Həzrət Peyğəmbər (s) buyurur: “Aqil insanın nişanəsi odur ki, ölümü tez-tez yada salar”. nsana bu sahədə kömək edən işlərdən biri
də qəbiristanlığa getməkdir. Əlbəttə o qəbiristanlığa ki, orada xəlvətə çəkilib, bir gün bizim də bura gələcəyimizi düşünmək imkanı olsun.



Bizə kömək edə biləcək vasitələrdən biri də moizələrə qulaq asmaqdır. Çünki bizim buna ehtiyacımız vardır. Həzrət Əli (ə) bir nəfərə deyir ki, mənə moizə
et. Qarşı tərəf deyir ki, siz ki, hər şeyi bilirsiniz. Həzrət (ə) buyurur: “Eşitməkdə elə bir təsir vardır ki, bilməkdə o yoxdur. İnsan gərək eşitsin”.



Başqa görə bilcəyimiz iş - vəsiyyətdir. Heç kim vəsiyyət etməklə ölmür. Lazım deyildir ki, səs-küy salıb, hamını yığaq ki, vəsiyyət edirəm. Onu yazmaq daha
yaxşıdır, çünki hər dəfə onu gördükcə ölümü xatırlayacağıq. Kəfəni görmək də insanı bu dünyadan soyudan vasitələrdəndir. Dünyanın necə də dəyərsiz olduğunu
bizə xatırladır. Bütün bunlar bizə ölümü yada salar.



İmam Səccad (ə) səcdədə bu duanı edərdi:


“Allahım! Elə bir iş gör ki, biz qürur və aldatmadan ibarət olan dünyadan ayrıla bilək. Diqqətimiz əbədi dünyanda olsun. Sorağımıza gəlməmişdən
qabaq ölümə hazır olaq”


.



Qurana nəzər salanda görmək olar ki, təxminən 1200 ayədə ölümün adı çəkilmişdir. Bu da məsələnin əhəmiyyətindən xəbər verir. Mərhum Əllamə Məclisi
“Buharul-Ənvar” kitabında bu haqda yüzlərlə hədis toplamışdır.



Tövhid mövzusundan sonra İslam dininin ən mühüm mövzusu - ölümdür. Ölümü yada salmamaq onun olmaması demək deyildir. Əgər kimsə ölümü yada salmazsa, o
demək deyildir ki, ölüm onun sorağına gəlməyəcəkdir.



Ölümü yada salmaq qəlbi dirildər və bununla biz, yaşamağın dəyərini bilərik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter