Hansı amİllər İnsanı İlahİ fəzİlətdən məhrum edİr?


İnsanlar həyatda səhv edərək, səhv yolu seçərək, özlərini İlahi feyzdən məhrum edirlər. Onlar Allahın and içmiş düşməninin ardınca gedərək, Allaha təkəbbür edir və Onun əmrlərindən boyun qaçırdırlar. Bu yolla da özlərini həlak edirlər. Sözün əsl mənasında insan öz-özünü məhv edir və qabiliyyətlərini əldən verir. (Erfan)
İlahi feyzdən məhrum olmağın bir neçə amillərinə işarə edək:
1. İlahi əmrdən boyun qaçırtmaq. İnsan əgər İlahi və Peyğəmbərin (s) əmrindən çıxarsa və bəndəlik etməzsə, İlahi feyzdən məhrum olar. Allah Təala buyurur: “Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun sərhədlərini aşsa, (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək”. (“Nisa” 14). O kəslər ki, İlahi ayələri inkar edir və İlahi hökmlərə əməl etmirlər, həqiqətdə Allaha inanmırlar. Onlar İlahi sərhədləri aşıblar, bu insanlar kafirdilər.
2. İlahi peymana xəyanət etmək. Allah peyğəmbərlərə risalət və kitab göndərərək, insanlarla peyman bağlamışdır ki, ancaq Tək Allaha pərəstiş etsinlər. Bu peymana xəyanət etmək insanın özünü ziyana salar. Çünki Allah heç bir bəndəsinə zülm etmək istəməz. Allah buyurur: “Həmin vaxt, ondan siz (öz əhd-peymanınızdan) üz döndərdiniz. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, mütləq zərər çəkənlərdən olardınız”. (“Bəqərə” 64). Bu ayədən də göründüyü kimi əhd-peymana xəyanət etmək İlahi feyzdən məhrum olmağa gətirib çıxarar. O zaman ki, Bəni-İsrayil Tövratın köməyi ilə əhd bağlamışdı, ona xəyanət etdilər və buna görə də ziyana düşdürlər. Ancaq İlahi mərhəmət nəticəsində tövbə etmək tofiqi əldə etdilər. Ona görə də deyə bilərik ki, təqvanın ilk mərhələsi tövbədir. O insanlar ki, Allah dərgahında ali dəyərə malikdirlər, mələklər tərəfindən dua və ehtirama layiqdirlər.
3. Şeytani vəsvəsə. Allah Təala Quranda insana dəfərlərlə əmr edir ki, şeytani vəsvəsələrin ardınca getməsinlər. Əgər o kəs ki, həqiqi Allah bəndəsidirsə, şeytana itaət etməməlidir. Quran buyurur: “Əgər şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir”. (“Əraf” 200).
Allah Təala bir çox ayələrində insanı xəbərdar edir ki, şeytan insanın aşkar düşmənidir. O zaman ki, insan xeyir bir iş görmək istəyir, şeytan fəaliyyətə başlayır. İnsan infaq etmək istəyir, şeytan vəsvəsə edir ki, yoxsul olarsan. Əgər insanın imanı zəif olarsa, şeytan qələbə çalar.
Ona görə də insan Allahın rəhmət və fəzilətini yaddan çıxartmamalıdır. Belə ki, şeytanın verdiyi vədə ancaq insanları yolundan azdırmaq üçündür. Lakin Allahın verdiyi vədə insanın nicat tapması üçündür.
Şeytandan uzaq olmağın özü insanı Allaha yaxınlaşdırar və onu İlahi feyzdən bəhrələndirər. Bu amillərə diqqət edək və onlardan çəkinməyə çalışaq. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter