Həyata açılan 2 qapının hansından daxİl olaq?



Qurani-Kərimin buyurduğu kimi həyata giriş-çıxış qapıları iki cürdür. Bu qapllardan birinin adı “sidq” qapısıdır ki, düzgün niyyət, əməl və əxlaqla dolu
bir həyata açılan qapıdır və eyni zamanda bu həyatdan düzlük, həqiqət hay-küyü ilə gedən qapının adı da “sidqdir”.



Bundan başqa həyata başqa giriş-çıxış qapısının adı “sidqin ziddidir”. Bu şeytani bir həyata, hiylə, məkrlə dolu bir həyata, napak və əxlaqsız bir həyata
giriş qapısıdır. Çıxışı da şeytan qapısındandır.



Beləliklə Quranın da buyurduğu kimi iki cür qapı vardır ki, onlardan biri sidq qapısıdır və o birisi də şeytan qapısıdır.



Aləmlərin Pərvərdigarı ilk insana elan etmişdi ki, Məndən kömək al. Bundan da məlum olur ki, bu, çox mühüm bir məsələdir. Allah insanlara bu məsələni vacib
buyurur ki, tərbiyə almaq və düzgün inkişaf etmək üçün Ondan kömək alsınlar. Yəni, sidq qapısından necə girib-çıxmağı O, bizə öyrətsin.



Bundan başqa buyurur ki, Məndən istəyin ki, sizə yardım edəcək bir qüdrəti sizə köməyə göndərim. Yəni sənin əlin iki şeyin üzərində olsun. Biri Allah və o
birisi də yardım edən bir qüdrət. Quran buyurur:


“Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən
kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»”


. (“İsra” 80).



Buradakı “de” kəlməsi vacib bir məsələni bildirir və Peyğəmbərə (s) edilən bir xitabdır. Bu ayə ona xas olan bir ayədir. Onun xüsusi olmağının səbəbi isə
Peyğəmbərin (s) və onun dininin xüsusi olmasıdır. Allah Peyğəmbərə (s) buyurur ki, Mənim Rəbb olmağımdan yardım al. O Rəbb ki, bütün dünya və varlığa kömək
etmişdir. Yəni sənin əlindən tutaraq, sidq qapısından daxil edər. Sən tək halda bu qapıdan daxil ola bilməzsən. Yəni, o qüdrət səndə yoxdur. Bu ayədən
göründüyü kimi, Allahdan bizi sidq qapısından daxil etməyini istəməliyik. Yəni Sən niyyətimdə, düşüncələrimdə, əxlaq və əməlimdə cilvə et. Məni bu dünyadan
xaric etmək istəyəndə isə yenə mənim köməyimə gəl. Elə bu qapıdan da xaric et.



Allah Təala başqa yerdə buyurur ki, təkcə Mənimlə kifayətlənmə. Çünki sənin ehtiyaclarını aradan qaldırmaq üçün başqa vasitələr də qərar vermişəm.



Məsələn, ac olan zaman aclığını aradan qaldırmaq üçün yemək qərar vermişəm. Yəni, Allah bilidrmək istəyir ki, rübubiyyətimi qəbul etmək o demək deyildir
ki, bu həyatdan tamamilə əl çəkəsən. Ancaq Mənə tərəf üz döndərəsən. Əgər mənim evimin divarı xarab olubsa, bu məsələnin tövhidlə nə ziddiyəti vardır ki?
Mən bənnanın sorağına gedərəm ki, onu da Allah qərar vermişdir. Ya da məsələn evdə əyləşib Allaha dua etsək ki, üç ay sonra anbarımızı buğda ilə doldur. Bu
zaman Allah bu işi görməz. Siz hərəkət etməyincə bu buğda sizin anbarınıza gəlməz.



Beləliklə bu nəticəyə gələ bilərik ki, bizim bu dünyaya gəlməyimiz bizim iradəmizdən asılı deyildir. Bu, Allahın iradəsi ilədir. Allah kimi istəsə, bu
dünyaya gətirər və kimi istəsə gətirməz. Ancaq bu dünyaya gələndən sonra biz ilk növbədə Allahı özümüzə müəllim və tərbiyəçi seçməliyik və Ondan
istəməliyik ki, bizi həqiqi insanların daxil olduğu sidq qapısından daxil etsin, yəni düzgün yolun yolçusu etsin. Əməl və rəftarlarımız da Onun istədiyi
kimi olsun. Bizləri şeytanın qapısından uzaq etsin və bizləri bu yolun yolçusu etməsin.



Bundan başqa, Allah bizdən istəyir ki, həyatda yaşamaq üçün hərəkət edək. Yəni, sən hərəkət erməsən, Mən də sənə bir şey verə bilmərəm.



Sən hərəkət et ki, ehtiyaclarını aradan qaldırmaq üçün sənə ruzi verim. Bunu isə Məndən istə, başqasından deyil. Allah bizləri sidq qapısından daxil
olanlardan qərar versin. Amin.





/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter