İnsanları tanımağın ən üstün meyarı hansıdır?


Rahatlıqla demək olar ki, insanın şəxsiyyətini müəyyən etməyin ən mühüm meyarı – onun danışığıdır. Həmçinin baxmaq lazımdır ki, o insanla rabitədə olanlar necə insanlardır? Söhbət etməkləri necədir? Bu söhbət, daxilində olan gizli səhifələri bayıra tökmək deməkdir. (Tebyan)
Bunu deyə bilərik ki, bu, insanı tanımağın yüz faiz meyarı deyildir. O qədər insanlar vardır ki, qəlblərində olanla dilində olan uyğun gəlmir. Ola bilsin ki, özlərini insani əxlaqa bürümək istəyir, söhbət edən zaman çox diqqət edir. Halbuki, biz əməllərində açıq görürük ki, bu insan olduğu kimi deyildir. Bunu demək lazımdır ki, əməlin özü də bir növ danışıq növüdür.
O kəslərin ki, siyasəti çoxdur, rol oynamaq üzrə mütəxəssisdirlər, nəhayət gözlənilməyən bir rəftar ilə öz iç üzlərini bayıra tökərlər. Əlbəttə, bu insanlar münafiqdirlər və mövzumuz bu cür insanlar deyildir. Bəhsimiz o kəslər haqqındadır ki, özlərini hər bir halda tanıdırlar. Bundan da utanmırlar və bununla iftixar edirlər. Bir kuzəyə bənzəyərlər ki, əl vursan, içindəki bayıra tökər.
Quran öz ayələrində belə insanlar haqqında buyurur ki, nalayiq sözlər alçaq insanlara aiddir. Alçaq insanlardan nalayiq sözlərdən başqası eşidilməz. “(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar)”. (“Nur” 26).
Həmçinin pak sözlər paklara və yaxşı insanlara layiqdir. Pak insanlardan pak sözlərdən başqası eşidilməz. “Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar)”. (Nur” 26).
Allah Təala insana, ona fayda verməyəcək sözlərdən uzaq olmağı tövsiyə edir. İnsanları boş və yersiz sözlər danışmaqdan çəkinindirir. Belə ki, yersiz sözlərə qulaq asmağı belə, bəyənmir və onu kamala çatmaqdan saxlayan amil kimi tanıdır. Yersiz sözlərdən uzaq olmağı insan kəramətinin nişanəsindən hesab edir.
“(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik»”. (“Qəsəs” 55).
Çünki, bu insanlar pakdır. Onlar yersiz sözlərə qulaq asıb, vaxtlarını tələf etmək istəmirlər. Öz vicdanları qarşısında məsuliyyət hiss edirlər. Onlar ömürlərini dəyərli hesab edir və ondan ən yaxşı şəkildə bəhrələnirlər ki, Qiyamət günü həsrət çəkənlərdən və peşman olanlardan olmasınlar.
/Deyerler.org/ (Tebyan)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter