Allah-taala İnsanların çİynİnə hansı əmanətİ qoyub?
“Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi. (Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir”. (“Əhzab” 72-73).
İlahi əmanət bəşər üçün böyük iftixardır.
Əmanət haqqında müxtəlif təfsirlər vardır:
- Əmanət deyildikdə İlahi vilayət və bəndəliyin kamal sifəti nəzərdə tutulur ki, bu da mərifət və saleh əməllə hasil olar.
- Mənası ixtiyar və iradə azadlığıdır. Bu da onu başqa varlıqlardan daha üstün edir.
- Mənası ağıldır ki, ona görə vəzifə müəyyən edilər, savab və cəza verilər.
- Mənası insan bədənidir ki, onu hifz etmək vacibdir.
- Mənası o əmanətdir ki, insanlar bir-birindən alırlar. Ona vəfa etmək öhdələrinədir.
- Mənası İlahi mərifətdir.
- Mənası İlahi vacibatdır: namaz, oruc kimi.
İnsan elə bir varlıqdır ki, fövqəladə istedadlara malikdir, insan əgər bu istedadlardan düzgün istifadə edərsə, Allahın yer üzərindəki xəlifəsi olar. Mərifət əldə edərək, nəfsini islah edərək, kamala çata bilər.
Səma, yer və dağlar bir növ İlahi mərifətdir. Onlar Allahı zikr və təsbih edirlər. Onun əzəməti qarşısında səcdə edirlər, ancaq bu səcdə məcburi və təkvinidir. Ona görə də onlar təkamülə çatmırlar. Bütün bu ibadətləri iradəsi ilə edən varlıqldan ən üstünü insandır. Bu həmin İlahu əmanətdir ki, bütün varlıqlar onu daşımaqdan imtina etmişdilər. İnsan meydana gəldi və bir dəfəyə onu çiyninə götürdü. Sonrakı ayədə isə görürük ki, Allah insanları üç dəstəyə ayırır: möminlər, kafirlər, münafiqlər.
Ona görə də qısaca olaraq demək olar ki, İlahi əmanət iradə və ixtiyarla olan sonsuz təkamül qabiliyyətidir. İnsanın kamala çatması, Allahın xüsusi bəndəsi olması və İlahi vilayəti qəbul etməsidir.
İnsanlar Allahın yer üzərindəki nümayəndələridir. İnsan nə qədər cahil olmalıdır ki, bu cür böyük dəyərləri əldən versin və yaddan çıxartsın! Özünü bu quru torpaqlarda əsir etsin, şeytanın sıralarına daxil olsun. İnsan özünə zülm edərək ən aşağı mərtəbəyə süqut edər. Hətta Həzrət Adəm (ə) belə özünə zülm etdiyini etiraf edir. “Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq»”. (“Əraf” 23).
İmam Sadiqə (ə) yuxarıdakı ayələr haqqında sual verən zaman, təfsirində belə cavab vermişdir: “Əmanət həmin vilayətdir, zalım və cahil təsvir edilən insan isə o kəsdir ki, çoxlu günah sahibi və münafiqdir”. (Tebyan/Deyerler.org)