Ürəklərİmİzİ necə səlİqə-sahmana salaq?
Bizim hər birimiz həyata bir cür tərif veririk və hərəmizin bir növ həyatımız vardır. Bu dünyada hərəkət etməyi bacaran hər bir canlı özünəməxsus yaşayır. Ancaq hər şeydən dəyərlisi odur ki, həqiqi yaşamağın yollarını tanıyaq və hansı yaşayışın düzgün olduğuna agah olaq. (Tebyan)
İmam Əlinin (ə) yazdığı şeirdə oxuyuruq: “Hər kim dünyadan getdi və rahat oldusa, onu ölü hesab etmək olmaz. Bəlkə ölü canlı halda öləndir. Yəni bu insan yaşayır, ancaq ruhu ölmüşdür. Ölü o kəsdir ki, qəm-qüssə ilə yaşayır və qəlbi ümidsizdir”.
Bəli, ölməyi və yaşamağı ancaq zahirdə görmək olmur ki? O kəsin ki, ruhu qəmgindir və həyat sevinci yoxdur, həqiqətdə ölmüşdür. Çünki yaşamaq dedikdə, həyat sevinci olan, ruhu xoşhal olan insan həqiqətən yaşayır. Ətrafımızda çox sayda insanlar vardır ki, zahirdə sanki yaşayırlar, ancaq ruhları ölüdür. Çünki yaşamaq üçün heç bir müsbət stimulları yoxdur.
Bir çoxları bu fikirdədirlər ki, bəs ruhumuzun şadlanması üçün nə etmək lazımdır?
Bu ibarəyə diqqət edin: “O qəlblər ki, sahmana düşüblər, bir daha hadisələrin oyuncağı olmaz və böhrana düşməzlər”.
Əgər bu cümlə haqqında bir qədər düşünsəniz, yəqin ki, yaxşı nəticə əldə edərsiniz. Hər birimiz xəlvətdə qalanda öz-özümüzlə danışan zaman bunu özümüzə etiraf edə bilərik ki, qəlbimiz sahmana düşüb, yoxsa yox?
Əgər bu cür edəndən sonra başa düşsəniz ki, qəlbləriniz sahmana düşməmişdir, onu bilin ki, onu ancaq siz sahmana sala biləriniz.
Daxilinizi sahmana salmaq üçün xarici amil axtarmayın. Daxilimizi sahmana salmağa Allah ilə güclü və möhkəm rabitə kömək edə bilər. Ancaq bundan sonra hər şey bizim boynumuzdadır. Özümüz ruhumuza nəzarət etməli və hər nə qədər bacarırıqsa, qəlbimizi sahmana salmalıyıq.
Bunun üçün ən yaxşı yollardan biri də heç bir zaman özünü itirməkdən, azalmaqdan qorxmamaqdır. Bu sözün mənası odur ki, hadisələr və başqalarının sözləri bizə təsir etməməlidir. Yəni, əgər bir hadisə baş verərsə, əsəbləşib, narahat olmayasınız. Özünüzü itirməyəsiniz və kontrolunuzu əldən verməyəsiniz. Elə bir yerə çatasınız ki, özünüzü itirməyə heç bir hadisə səbəb olmaz. Bu etiqad o zaman möhkəm ola bilər ki, siz ruhunuzun əbədi olmasına inanasınız. Və biləsiniz ki, sağlam və şad bir ruha malik olmalısınız.
Başqa bir məsələ isə insanın azalmaqdan qorxmağıdır. Məsələn, başqalarının sizin haqqınızda hansı fikirdə olub-olmaması sizin üçün böyük əhəmiyyətə malik olsun. Başqalarının sizi alçaltmasından qorxursunuz. Əlbəttə, bu məsələni nəzərə almaq lazımdır ki, əgər insan İlahi vacibatları yerinə yetirirsə, başqalarının sözlərindən qorxmalı deyildir. Yəni həyatda özü üçün düz yol seçən bir insan, başqalarının sözlərinə görə narahat və nigaran olmamalıdır.
Belə olan halda insan sabahısı gün başa düşəcəkdir ki, özünü itirməkdən və azalmaqdan bir daha qorxmur. Başa düşəcəkdir ki, ətrafdakıların fikri onu bir daha narahat etmir. Bu cür insan işlərində müvvəffəq olar və hər bir işinə diqqətlə yanaşar. Əgər hər kim daxili rahatlıq taparsa, tədricən başa düşcəkdir ki, təsir qüvvəsi bir neçə dəfə artmışdır. Bu təsir etmə qüvvəsinin yaranması ilk növbədə insanın özü üçün mühümdür. İkinci addımda isə onda başa verən müsbət dəyişikliklər ətrafındakılara da sirayət edər. Ona görə də belə fikirləşməliyik ki, gözəl əxlaqa malik olmaq heç də çətin bir iş deyildir. Həm zahiri və həm də daxili səy və hümmət ilə onu əldə etmək olar.
/Deyerler.org/