Nə edək kİ şeytan ətrafımızda fırlanmasın?
İnsan şərafətli bir varlıqdır və yarandığı ilk gündən indiyə qədər hələ heç kim onu lazımlı qədər tanımamışdır.
İnsanı tədqiq edənlər isə deyirlər: İnsan tanınmamış bir varlıqdır.
İnsanın həm cismi var və həm də ruhu. İnsan öz ruhi tərəfini Quran və hədislərin vasitəsilə tanıya bilər. Quran insanı insana tanıdır.
Peyğəmbərlərin (ə) əsl hədəfi - insan tərbiyəsi idi. Əlbəttə, başqa vəzifələri də var idi, ancaq əsl hədəfləri - insan nəfsinin islahı idi.
İnsan öz nəfsini islah edərsə, kamala çata bilər. Quran buyurur ki, insanın məqamı bütün varlıqlardan ucadır. Ona görə də tərbiyəçisi də ali məqama malik biri olmaldır. Bütün mələklər insana səcdə etmişdilər. Hətta Mikayil (ə) və Cəbrayil (ə) kimi əzəmətli mələklər belə.
İnsan daima iki dəvət arasında olur. Biri - şeytanın dəvəti və o birisi isə mələklərin və peyğəmbərlərin (ə) dəvəti. İnsan bu dəvət arasında qalır. Daima yuxarı qalxır və aşağı düşür. Quran yalnız bir dəstəni bu dəvətdən istisna edir ki, bu da Allahın muxlus bəndələridir. Bunu hətta şeytan belə etiraf edir.
İnsan əgər tərbiyə olunmasını istəyirsə, bilməlidir ki, yolu peyğəmbərlərin yolu olmalıdır. İnsan hər nə qədər peyğəmbərlərə yaxın olarsa, onların məktəbinin davamçısı olarsa, kamala çatar və həqiqi insan olar. O, hər nə qədər peyğəmbərlərdən uzaq düşərsə, fəsada və cəhalətə tərəf gedər. Allah Təala buyurur: “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar”. (“Rum” 41).
İnsan özü dünya və axirətini abad da edə bilər, xarab da. Allah Təala buyurur: «Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır». (“Səba” 13).
İnsan əgər kosmosa uçarsa, Aya yaxınlaşan zaman ay onu cəzb edər. Əgər Yerə yaxınlaşarsa, Yer onu cəzb edər. Ancaq ortada olarsa, heç biri onu cəzb etməyəcəkdir. İnsan həyatda da bu cürdür. Gah şeytana tərəf cəzb olunur, gah da peyğəmbərlərə tərəf.
Nə edək ki, şeytana tərəf getməyək.
Əgər insan istəyirsə ki, insanlığını hifz edib saxlaya bilsin və insanlığından istefa verməsin, gərək İlahi peyğəmbərlərin (ə) yolu ilə getsin. Peyğəmblərin təlimləri bizdən heç də uzaqda deyildir. Əgər insanlar bu təlimlərə əməl etsələr, heç bir zaman yollarını azmazlar, fəsada düşməzlər. Siz özünüzü bir gülə bənzədin. əgər gül açmağınızı istəyirsinizsə, gərək bu gülün solmasına səbəb olan amilləri aradan qaldırasınız. Əks halda gül böyüməyəcəkdir. İnsan da bu cürdür.
Bəzi məsələlər insanlıqla təzad təşkil edir. Bu məsələri tanımaq heç də çətin deyildir. Əgər şeytanın sizin dövrənizdə fırlanmasını istəmirsinizsə, gərək günahdan uzaq olasınız. Bu günahları tərk etmək heç də çətin deyildir. Biz özümüz onu problem edirik. İmam Əlidən (ə) soruşrular ki, necə bu məqama çatmısınız? Həzrət (ə) cavab verir: “Mən qəlbimin ətrafında bir divar çəkmişəm. Orada bir qapı qoymuşam. Özüm qapının yanında dayanmışam. Qoymamışam ki, Allahdan başqası oraya daxil olsun”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Qəlbini fikirləşməklə ayılt, açarı təfəkkürdür. Otur və fikirləş. Aynanın qarşına keç və de ki, mən insanam, yoxsa heyvan? Əgər insansansa, bəs niyə heyvan kimi yaşayırsan? Niyə şeytan kimi yaşayırsan? İnsansan, yoxsa insanlıqdan istefa vermisən? Təfəkkür etməklə qəlbin ayılar. Başa düşər ki, insanlıq yolu ilə getməlidir. Heyvanların yolu, mənim yolum deyildir. Əgər özünü islah etmək istəyirsənsə, şeytanlardan uzaq ol və peyğəmbərlərə yaxınlaş. Allahla rabitə qur. Gecələri ayıl və Allahla münacat et. Bütün gecənin hamısını yatma, əgər Allaha dua etməsən, şeytanın şərindən amanda ola bilməzsən. Allahın sənə haram buyurduqlarını tərk etməlisən: qeybət etmə, yalan danışma, insanların malını mənimsəmə, insanların arxasınca danışma, insanlar üçün plan qurma, ibadəltərini yerinə yetir. Namazını vaxtında qıl və oruclarını tut”.
Bu təlimləri təsəvvür edən zaman bizim üçün çətin görünür, ancaq əslində heç də çətin deyildir. Çünki bu işləri yerinə yetirən zaman necə asan olduğuna əmin oluruq. Məsələn, yalan danışmamaq və insanların malını yeməmək. Heç də çətin deyildir. Allah hər bir kəsin ruzisini yetirir, ancaq nəfsi Allahın verdiyi ilə qənaətlənmir. Onu hansı yolla olursa-olsun çoxaltmağa çalışar. Özü-özü üçün çətinlik yaradar.
İmam Əli (ə) hamımız üçün bir nümunədir, örnəkdir. Əlbəttə, heç kim İmam Əli (ə) kimi ola bilməz. Ancaq İmam Əlinin (ə) getdiyi yolla gedə bilər. İnsan gördüyü hər bir işi Allah rzasına görə etməlidir və həmin işin Allahın bəyəndiyi iş olub-olmadığını müəyən etməlidir. Gördüyü işi Peyğəmbər (s) bəyənərmi, İmam Əli (ə) razı olarmı?
Həyatda insan kimi yaşamağa çalışaq ki, şeytan bizdən uzaq olsun.