Vəsİyyətdə nəyİ qeyd etmək lazımdır?
Allah Təala buyurur: “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. ( “Bəqərə” 180).
Bu dünyada yaşayan hər bir canlı ölümü dadacaqdır. Əbədi həyat ancaq Allaha məxsusdur. Ona görə də hər bir imanlı və aqil insan bu dünyanı keçici sayırsa, gərək o biri dünyasını fikirləşsin. Özünü axirət səfərinə hazır etsin. O, öz dini tövsiyələrini vəsiyyət şəklində yazıb saxlasın. (Ask-din saytı)
Allahın Rəsulu (s) buyurur: “Vəsiyyət etmək - hər bir müsəlmanın vəzifəsidir”. Həzrət (s) başqa yerdə buyurur: “Yaxşı deyildir ki, müsəlman kişi başının altına vəsiyyətini qoymadan gecəni səhər etsin”. Başqa yerdə buyurur: “O kəs ki, vəsiyyət yazmadan ölərsə, dünyadan nadan getmiş deməkdir”.
Vəsiyyətdə bunları qeyd etmək yaxşı olardı:
1. Dəfn yeri.
2. Vəhşət namazı.
3. Xüms.
4. Zəkat.
5. Kəffarə.
Sonra da əgər malı varsa, onu necə bölmək və kimə verilməsini qeyd edər.
Beləliklə deyə bilərik ki, hər bir müsəlman hələ dünyada olan zaman vəsiyyətini yazmalıdır.
(Deyerler.org)